“Azərbaycan zəngin mədəniyyətə malik olan cəlbedici ölkədir”
Tarix: 24.07.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


“Azərbaycan tarixi haqqında çəkiləcək sənədli film “BBC”
telekanalında nümayiş etdiriləcək”


“Azərbaycan turistlər üçün görməyə dəyər, cəlbedici ölkədir”. Bu barədə “Trend”ə Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Robert Hoyland deyib. Hoyland Azərbaycanın sahilləri və çimərliklərinin gözəlliyini, həmçinin mənzərələrin müxtəlifliyini qeyd edib. Bütün bunlar şimalında dağların yerləşdiyi, respublikanın bütün ərazisində tarixin müxtəlif dövrlərində tikilən şəhərlərin, həmçinin qədim abidələrin olduğu ölkədədir.


Professorun sözlərinə görə, hazırda Azərbaycanın tarixi haqqında sənədli film ideyası nəzərdən keçirilir: "Film uğur qazanacağı halda “BBC” telekanalında nümayiş etdiriləcək. Azərbaycan ən müxtəlif ənənələr və xalqların olduğu məkandır, həmçinin dünyanın bir çox ölkələri ilə əlaqələrinin olması baxımından təcrübəyə malikdir. Ölkə müxtəlif qüvvələrin təsiri altında təşəkkül tapıb və onun həmişə çoxlu qonşuları olub. Bu müxtəliflik filmin əsas aspekti olacaq". Hoyland ilə birlikdə Azərbaycanın tarixini araşdırmağa gələn alim Sara Vaydler ölkənin turizm üçün gözəl yer olması ilə tam razıdır. Xanım Vaydler hesab edir ki, Böyük Britaniya sakinləri üçün Azərbaycan haqqında daha çox bilmək maraqlı olacaq: "Çünki Azərbaycanın zəngin mədəniyyəti var və ümumilikdə çox maraqlı ölkədir. Ölkə ərazisindən uzun əsrlər boyu bir çox səyahətçilər keçiblər".Oksforddan olan alimlərin sözlərinə görə, bu sənədli filmin çəkilişlərinə hazırlıq üzərində iş gedir və filmin nə vaxt işıq üzü görəcəyi hələ məlum deyil.
Hoyland bildirib: "Mən qədim mənbələrdən Azərbaycan barədə olduqca çox məlumatlıyam. Mənim ideyam çoxlu səyahət etmək, yerli alim və arxeoloqlarla tanış olmaq, onlarla söhbət etmək olub. Məqsədim onların buradakı işlərinin nəticəsini görmək olub. Bizə öz ölkələri barədə daha çox bəhs edə biləcək yerli ekspertləri və sakinləri dinləməliyik. Şübhəsiz ki, bu, filmi Böyük Britaniya tamaşaçıları üçün xeyli maraqlı edəcək".
Oksfordlu qonaqlar Azərbaycana səfərləri çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə görüşüblər. Görüş zamanı tərəflər Böyük Britaniya, Oksford Universiteti və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusilə, görüşdə mədəniyyət və tarix, birgə arxeoloji ekspedisiyaların təşkili, britaniyalı və azərbaycanlı tələbələr üçün Azərbaycan tarixinin öyrənilməsi sahəsində birgə iş aparmaq imkanları üzrə əməkdaşlıq barədə söhbət aparılıb. Hoyland və Vaydler, həmçinin müasir bina və qədim abidələrin bir-biri ilə ahəngdarlıq təşkil etdiyi Bakı ilə bağlı unudulmaz təəssüratları bölüşüblər. Hoyland əlavə edib ki, islamdan əvvəlki dövrdən başlayaraq müxtəlif əsrlərin ənənələrini özündə birləşdirən İçərişəhər çox maraqlı yerdir. Eyni zamanda şəhər olduqca gənc və müasirdir: "Bura həyatdan zövq almaq üçün nəzərdə tutulmuş çox yaxşı məkandır".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info