Azərbaycan-Çin əlaqələri yeni mərhələyə qədəm qoyub
Tarix: 13.03.2019 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev martın 13-də Xarici İşlər üzrə Çin Xalq İnstitutunun prezidenti, Çin Xalq Respublikasının xarici işlər nazirinin xüsusi köməkçisi Vu Haylonqu qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçiriləcək VII Qlobal Forumun əhəmiyyətinə toxunuldu, bu tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfə verdiyi vurğulandı. Qəbula görə minnətdarlığını bildirən Vu Haylonq Azərbaycana səfərindən və bu tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. O, Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi və əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Çinə rəsmi səfərlərini xatırlayan Prezident İlham Əliyev orada Çin Xalq Respublikasının Sədri ilə keçirdiyi görüşlər zamanı iqtisadiyyat, ticarət, infrastruktur, nəqliyyat və digər sahələrdə əlaqələrimizin inkişaf perspektivləri barədə səmərəli müzakirələrin aparıldığını qeyd etdi.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Temperatur 5-8 dərəcə enəcək
12.11.2019
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12.11.2019
Suraxanıya yeni icra başçısı təyin edildi
12.11.2019
Xətai rayonuna icra başçısı təyin edildi
12.11.2019
Yasamalın icra başçısı vəzifəsindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Prezidentdən Bayraq Günü paylaşımı - Video
2 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
5 AGAT-ın vitse-prezidenti təyin olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info