Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 13.03.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


İyunun 19-dan 23-dək Bakıda “Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransın təşkilatçıları AMEA-nın Rəyasət Heyəti, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.
Beynəlxalq konfransda “Azərbaycan: qloballaşma dövrünün başlıca çağırışları, yeni reallıqlar və inkişaf imkanları”, “Qloballaşma və türk dünyası: keçmişin dərsləri, günün reallıqları və gələcəyə baxış” və “Qloballaşan dünya: Azərbaycan və ümumtürk tarixinin inkişaf perspektivləri” bölmələri üzrə məruzələr dinləniləcək.
Konfransın materialları çap olunacaq. Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və aprelin 30-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant turkdunyasi.konf@gmail.com e-poçt ünvanına göndərilməlidir. Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır. Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.
Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10.12.2019
Aİİ tələbəsi Sumqayıtın Cümə məscidində moizə edib
09.12.2019
Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində
07.12.2019
Magistraturada ödənişsiz təhsil alacaq tələbələrin sayını Nazirlər Kabineti müəyyənləşdirəcək
06.12.2019
ADAU-da “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info