ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Ağayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azerbaijan Democtratic Republic-100” adlı ingilis dilində metodik vəsait çap etdirib. Metodik vəsait Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən AXC-nin 100 illiyinə hədiyyə olaraq hazırlanıb. Vəsaitdə ADR-in yaranmasından, fəaliyyətindən, onun öncül dövlət xadimlərindən, onların ictimai fəaliyyətindən bəhs olunur. Bu metodik vəsaitdə ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətindən bəhs edilir.
|