Xüsusi Dövlət Mühafizə Xidməti “Qara siyahı” adlı saytın təqdimatını keçirəcək
Tarix: 13.03.2019 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) martın 14-də www.blacklist.gov.az (“Qara siyahı”) saytının təqdimatını keçirəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov martın 13-də VI Regional İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə” mövzusunda sessiyada deyib. T.Məmmədov qeyd edib ki, XDMX tərəfindən yaradılmış “Qara siyahı” saytı barədə ətraflı məlumatı sabah təqdim etməyi planlaşdırırıq. Əlavə edib ki, Xüsusi Dövlət Mühafizə Xidməti “Yoluxmuş IP” adlı yeni xidmətini internet istifadəçilərinin ixtiyarına verib. Yeni xidmət ölkənin internet istifadəçilərinə bir sıra üstünlüklər qazandırıb: “İnternet səhifəmizi (cert.gov.az) ziyarət edən hər bir şəxs avtomatik olaraq istifadə etdiyi IP-nin yoluxub-yoluxmaması barədə bildiriş alır. Əgər yoluxma varsa, bu zaman ona tövsiyə olunur ki, “Tövsiyə” bölməsinə keçid etsin. Həmin bölmədə tövsiyə olunan əməliyyatları yerinə yetirməklə yoluxma barədə geniş məlumat almaq mümkündür. Son vaxtlar apardığımız araşdırmalar nəticəsində məlum olub ki, internetlə müdaxilə hallarının 68 faizi serverin təhlükəsizliyinin, 32 faizi isə kod təhlükəsizliyinin qorunmaması səbəbindən baş verir. Bu cür halların qarşısını almaq üçün internet istifadəçilərindən daha diqqətli olmaqlarını və müxtəlif resurslarda şəxsi hesablarına daha qəliz şifrələrdən istifadə etməyi tövsiyyə edirik. Azərbaycanda bu sahədə əhalinin daha geniş məlumatlandırılması barədə işlər davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info