Rusiya Ermənistan iqtisadiyyatına investisiyanı kəskin azaldıb
Tarix: 13.03.2019 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


“Jamanak”: “Ötən il Rusiyanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 60 milyon dolları keçib. Bu, Kremlin müttəfiq Ermənistana qoyduğu investisiyaların həcmindən xeyli çoxdur”

Qaqik Tsarukyan:
“Vaxtilə Paşinyanla inqilab edən insanlar ölkədə əmək haqlarının artırılacağına, bank faizlərinin, vergilərin azalacağına ümid edirdilər. Lakin bu gün ölkədə nələrin yaşandığını hamı görür. Belə görünür ki, ölkədəki işsizlər ordusuna, yaxın günlərdə daha 10 mini əlavə olunacaq”

“Nikbinlik üçün heç bir əsas verməyən Ermənistannın iqtisadi strukturu kökündən dəyişməlidir”. Bu fikirləri erməni baş nazir Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə bəyan etmişdi. Təbii ki, o ölkəsinin iqtisadi sahədə heç bir manevr etmək imkanının olmadığını anlayırdı. Onun ölkə iqtisadiyyatını dirçəltmək üçün xaricidən dəvət etmək istədiyi erməni mütəxəssislər də Paşinyanın etimadını doğrultmadılar. Ermənistanın siyasi və iqtisadi baxımdan asılı olduğu Moskva da İrəvana iqtisadi baxımdan elə də ciddi bir diqqət ayırmır. Təsadüfi deyil ki, bu gün Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının həcmi hiss olunacaq dərəcədə azalıb. “Jamanak” nəşri Gürcüstanın Milli Statistika Xidmətinin 2018-ci illə bağlı məlumatlarını dərc edib. Erməni nəşri həmin məlumata istinadən yazır ki, ötən ilə qonşu ölkə iqtisadiyyatına qoyulan xarici investisiyalar 1 milyard 200 milyon dolları keçib. “Jamanak” qəzeti bu göstərici ilə Gürcüstanın Ermənistandan ən az 5 dəfə qabaqda olduğunu böyük təəssüf hissi ilə önə çəkib: “Ötən il Rusiyanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 60 milyon dolları keçib. Bu, Kremlin müttəfiq Ermənistana qoyduğu investisiyaların həcmindən xeyli çoxdur”. Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqə olmadığı halda ticarət əlaqələrinin davam etməsi və mal mübadiləsi həyata keçirilməsi erməni nəşrində böyük qıcıq yaradıb. Ermənistanın ağır iqtisadi vəziyyəti bit tərəfdən ölkənin işğal siyasəti, digər tərəfdən isə İrəvan hakimiyyətinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Bunu son günlər baş nazirə yaxın olanlar da etiraf etmək məcburiyyətində qalıblar. Məsələn, “News.am” saytına danışan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan Paşinyanın xalqın etimadını doğrulmadığını üstüörtülü şəkildə olsa da dilə gətirməli olub: “…Vaxtilə Paşinyanla inqilab edən insanlar ölkədə əmək haqlarının artırılacağına, bank faizlərinin, vergilərin azalacağına ümid edirdilər. Lakin bu gün ölkədə nələrin yaşandığını hamı görür. Belə görünür ki, ölkədəki işsizlər ordusuna, yaxın günlərdə daha 10 mini əlavə olunacaq”. Bir daha xatırladaq ki, Ermənistanın dövlət idarəetmə sistemində gözlənilən ixtisarlar təxminən 10 min nəfəri işsiz qoyacaq. Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanın kəndlərində problemlər mövcuddur. Erməni KİV-ləri xəbər verir ki, Armavir vilayətinin Zartonk kəndinin sakinləri müddətsiz etirazlara başlayıblar. Aksiya iştirakçıları bildirirlər ki, problemləri bitib-tükənmir. İcra nümayəndəsi qardaşları ilə birlikdə kəndi talayıb xarabalığa çevirib. İkinci qrup əlili Arşak Ağasiyanın sözlərinə görə, əsas narazılıqları da elə icra nümayəndəsindəndir: “Biz əlillər dövlət tərəfindən ayrılan güzəştlərdən heç cür istifadə edə bilmirik. Müharibəyə gedib sağlamlığımı ondan ötrü itirmədim ki, torpağımı da icra nümayəndəsi əlimdən alsın. Kəndlilərin adına olan bütün torpaqlar özəlləşdirilib indi bizə icarəyə verirlər. Armavir vilayətinin başçısı gəlib bu məsələlərə aydınlıq gətirməsə, onda özümüz problemlərimizi həll edərik”. Etirazçılar kənddə klub, 300 yerlik bağçanın özəlləşdirilərək əyləncə mərkəzinə çevrildiyini deyirlər. Sakinlər bütün bu özbaşınalıqlara etiraz etdikcə, icra nümayəndəliyindən bildiriblər ki, sosial təyinatlı obyektləri hərrac vasitəsilə alıblar. 1990-cı illərin sonlarına kimi Zartonk kəndində ən iri zavodlardan biri hesab edilən şüşə-qablar zavodu fəaliyyət göstərib. Burada təxminən 500-ə yaxın işçi çalışırdı. İndi həmin zavodun quru dirəkləri və bir də divarları qalıb. Əhali isə işsizdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info