Yaponiyalı gimnast: Bakıya qızıl medal qazanmağa gəlmişəm
Tarix: 13.03.2019 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Yaponiyalı gimnast Kohey Kameyama Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanacağına ümid edir. Trend-ə danışan dünya çempionu bildirib ki, qələbə qazanmaq üçün böyük şansı var. Rəqiblərindən bəhs edən K.Kameyama deyib ki, Bakıda Dünya Kubokunda çox sayda Olimpiya və dünya çempionları iştirak edəcək: "Qələbə qazanmaq üçün böyük şansım var. Qalib olmaq üçün əlimdən gələni edəcəyəm. Hər kəs birinci yeri tutmağa çalışır, düşünürəm ki, burada çox şey şansdan asılı olacaq". İdmançı Bakıda Milli Gimnastika Arenasından aldığı təəssüratları da bölüşüb: "Bu arena Yaponiyadakı arenalarla müqayisədə çox işıqlıdır. Burada şərait ümumilikdə çox yaxşıdır, hər şey xoşuma gəlir, çox rahatdır". Qeyd edək ki, 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edəcəklər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib
20.11.2019
Avro-2020-ni 1 xalla başa vurduq
20.11.2019
Qrizmann PSJ-yə keçmək istəyir
19.11.2019
Alpaqut üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə edilib
19.11.2019
İtaliya Ermənistanı biabırçı hesabla uddu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info