“Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
Tarix: 13.03.2019 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab” şirkəti “Kaspersky Password Manager” proqramının yeni versiyasını istifadəyə verib. Şirkətdən verilən məlumata görə, məhsul artıq təkcə hesabların loqin və şifrələrini deyil, həmçinin vacib sənədlərin skan və şəkillərini, eyni zamanda “PDF” faylların təhlükəsiz qorunmasını təmin edəcək. Bundan başqa, proqram istifadəçilərə sənədləri yükləyərkən onları lazımi kateqoriyaya daxil etmək imkanı verir ki, bu da öz növbəsində məlumatın axtarışını asanlaşdırır. Şifrələrın güvənliyinin yoxlanılması yeni tətbiq olunmuş funksiyalardan biridir.* “Kaspersky Password Manager”in yeni funksiyası qorunan şifrə sızdırıldıqda və ya açıq istifadəyə çıxarıldıqda şifrə sahibinə bu barədə məlumat verir. “Kaspersky Lab” şirkətinin son araşdırmasına görə isə Rusiyada internet istifadəçilərinin 65%-i hesablarının sındırılması ehtimalından narahatdır. Bu da əbəs yerə deyil, məlumatların sızması artıq geniş vüsət alıb. Belə ki, son dövrün ən məşhur data oğurluğu sayılan “Collection #1” özündə 1 milyard unikal loqin və şifrəni cəmləmişdi. “İstifadəçilər tərəfindən müxtəlif servislərdə, onlayn platformalarda yaradılan hesabların sayı günbəgün artır, eyni zamanda məlumatların sızdırılması da artan tempdə davam edir. Hətta iri şirkətlər belə, məlumatların oğurlanmasından sığortalanmayıb. Bu səbəbdən çətin şifrələrin yaradılması və qorunması daha da aktuallaşır. Biz anlayırıq ki, istifadəçilər şifrələrinin vahid təhlükəsiz məkanda qorunmasından savayı, həmçinin oğurlanması hallarında məlumatlanmaları üçün də həll axtarır. Biz bütün bu imkanları “Kaspersky Password Manager” proqramında cəmləmişik”, - deyə “Kaspersky Lab”in Rusiyadakı ofisinin Marketinq departamentinin rəhbəri Oleq Qudilin bildirib. “Kaspersky Password Manager” istifadəçinin yaratdığı şifrənin etibarlılığını və dayanıqlığını avtomatik olaraq sınayır, asan şifrələrin oğurlanmasının qarşısını almaq üçün yeni çətinləşdirilmiş şifrələr yaradır. Yeni yaradılmış məhsul Windows, Mac, Android, iOS əməliyyat sistemləri tərəfindən dəstəklənir. “Kaspersky Password Manager” proqramına daxil edilmiş məlumatlar istifadəçinin bütün cihazlarında və “My Kaspersky”nin veb versiyasında sinxron olaraq işləyir. Proqram ödənişli və ödənişsiz olmaqla 2 versiyada təklif olunur. Funksional olaraq hər 2 versiya eynidir. Yeganə fərq qeydlərin sayındadır. Belə ki, ödənişsiz versiyada ancaq 15 qeyd qoruna bildiyi halda, ödənişli versiyada qeydlərin sayına məhdudiyyət qoyulmayıb. “Kaspersky Password Manager”in yenilənmiş versiyası ilə tanış olmaq, həmçinin həllin ödənişsiz baza versiyasını yükləmək və ya ödənişli versiyasını əldə etmək üçün bu linkə keçid edin:
https://www.kaspersky.ru/password-manager.
Bu funksiya yalnız ОС Windows əməliyyat sistemini dəstəkləyən cihazlarda aktivdir.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
VI Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən bəhs olunub
10.12.2019
Azərbaycanla Özbəkistan arasında əczaçılıq sahəsində əməkdaşlıq Memorandumu imzalanıb
10.12.2019
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
10.12.2019
Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
10.12.2019
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info