“İaşə müxalifəti“nin iç üzü açılır: antimilli ünsürlər bir-birini qırır
Tarix: 13.03.2019 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


“Mitinqlərin təşkili, qarşıdurmaların yaradılması ilə bağlı xaricdən də sifarişlərin gəlməsini istisna etmək olmaz”

Müxalifətin uğursuz fəaliyyəti bu düşərgədə olanlar arasında aqressiyanın artmasına da səbəb olub. Xaricdə yaşayan iaşə müxalifətinin nümayəndələri isə bu işdə daha çox seçilirlər. Xatırlayırsınızsa, ötən ilin sonunda mühacirətdə olan iki dost Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında ciddi qalmaqal yaşanmışdı, bu dava söyüş, ağır təhqirlər formasına yüksəlmişdi. Məhəmməd Mirzəlinin də dilindən deyildiyi kimi bu ədavət düzgün bölüşdürlməmiş qrant görə yaranmışdı. İndi isə Orduxan Temirxan və Səid Nuri arasında qalmaqal yaranıb. Belə ki, Orduxan Temirxan 19 mart mitinqi haqqında ağır sözlər işlətdiyi üçün bəzi müxalifətçilər onu hədəfə alıblar, o cümlədən Səid Nuri də Orduxan haqqında ağır sözlər işlədib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodebatı izləyənlər də görüblər ki, Məhəmməd Mirzəlinin də qatıldığı bu video debatda küçə mədəniyyətini təbliğ edən bu trio bir-biri haqqında necə aqressiv və kəskin ifadələr işlədirlər. Bu siyasətə aidiyyəti olmayan "siyasi mühacirlərin" 19 mart mitinqi davasında Orduxan aksiya haqqında lağ-lağılıq olması üçün deyir: "Bu pendir mitinqidir". Səid Nuri isə Orduxana cavab olaraq videodebatda bildirib: "Orduxan böyük zibil zaddır?!" Məhəmməd Mirzəlinin bütün bu olanlara reaksiyası maraq doğurub: "Xain və paxılsınız!". Qısası, Orduxan Temkrxanın 19 mart mitinqi haqqında olan aşağılayıcı fikirləri, videoçıxışı Səid Nurini və Məhəmməd Mirzəlini sözün həqiqi mənasında özündən çıxarıb. Yeni ədavədin, siyasətdə küçə uşaqları kimi tanınan bu antimilli ünsürlər arasında yaşanan anormal münasibətlərin hara qədər davam edəcəyi isə maraqlıdır. Əslində isə xalq üçün Avropada rahat həyat üçün sığınacaq alıb qrantlar hesabına aksiyalar keçirən, öz Vətənini, xalqını, dövlətini gözdən salmaq üçün sıraya duran avara gənclərin dava-şavaları maraqlı deyil. Zaman-zaman qrant məsələsində bir-birinin ayağını tapdalayan müxalifət nümayəndələrinin hansı intriqalar, iyrənc gözdənsalma kampaniyaları aparmalarının şahidi olmuşuq. Bu gün də ənənənvi müxalifətin radikal, anarxist əqidələrinin davamçısı kimi ortaya çıxan iaşə müxalitinin elə sələfləri kimi davalarla gündəmə gəlməsi heç də təəccüb doğurmamalıdır. Xalq belə "yalıncıqlara" çoxdan öz qiymətini verib. Orduxanların səviyyələrini aşkar şəkildə ortaya qoymaları və xaricdə hansı siyasi oyunlardan çıxaraq sosial şəbəkələri bazar davalarına çevirmələri Azərbaycan vətəndaşları üçün maraqlı deyil.

“Müsbət dəyişikliklər müxalifətin ürəyincə deyil”

Müxalifət düşərgəsindəki prosesləri dəyərləndirən “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev qeyd etdi ki, ölkəmizin sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş verir: “Bir milyon nəfərə yaxın insanı əhatə edən minimum əməkhaqları, təqaüdlər, müavinətlər artırıldı. Mətbuat və televiziyalarda sosial islahatların əhatə dairəsinin daha da genişlənəcəyinin anonsu verilib. Təbii ki, sözügedən sahədə baş verən müsbət dəyişikliklər müxalifətin ürəyincə deyil. Çünki onlar əhalinin sosial vəziyyətinin ağır olmasını istəyirlər. Müxalifətin iqtidara qarşı əsas hücum silahı cəmiyyətin sosial problemləri ilə bağlıdır, bu sahədəki islahatlar isə onların silahının kəsərini azaldır. Belə bir şəraitdə, islahatların növbəti mərhələsinin müxalifətin sıralarını daha da seyrəldəcəyini hiss edənlər, qabaqlayıcı addımlar ataraq mitinqlər keçirməyə çalışırlar. Eyni zamanda, mitinqlərin təşkili, qarşıdurmaların yaradılması ilə bağlı xaricdən də sifarişlərin gəlməsini istisna etmək olmaz. Burada əsas məqsəd, bir tərəfdən sosial islahatlara kölgə salmaq, digər tərəfdən də, Dağlıq Qarabağ problemi ilə bağlı gedən son proseslərdə Azərbaycan tərəfini zəif duruma düşürməkdir. İqtidar da siyasi oyunların mahiyyətini anladığından, mitinqlər və qarşıdurmalara imkan vermir”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Elçibəy xəstələnəndə ən çox sevinən Əli Kərimli idi
22.11.2019
“Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”
22.11.2019
XİN-dən Ata Abdullayevlə bağlı açıqlama: “Bu şəxs…”
22.11.2019
Azərbaycan və Türkiyə hər zaman bir-birini dəstəkləyib və dəstəkləyəcək
21.11.2019
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info