Novruz Məmmədov: Turist axınının artması bu sahənin inkişafından xəbər verir
Tarix: 15.03.2019 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən bildirib ki, ötən il Azərbaycanda səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir avadanlıqlarla təmin edilməsinə böyük diqqət ayrılıb, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Baş nazir turizm sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb: "Ötən il ərzində Azərbaycana gələn xarici turistlərin sayının artaraq 2,8 miyon nəfərə çatması bu sahənin inkişaf etməsindən xəbər verir". O, ötən il idmançılarımızın da böyük uğurlar qazandığını xatırladıb. 2018-ci ildə ölkəmizdə 58 beynəlxalq yarışın keçirildiyini diqqətə çatdıran Baş nazir idmançılarımızın 236 beynəlxalq turnirdə iştirak etdiyini, 263-ü qızıl olmaqla 753 medal qazandığını bildirib. N.Məmmədov, həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib. Azərbaycan “Doing Business” hesabatında 32 pillə irəliləyib, MDB dövlətləri arasında lider mövqeyə yüksəlib.
Baş nazir vurğulayıb ki, keçən il yol infrastrukturuna 1,7 milyard manat vəsait yönəldilib: "Ötən il əsaslı təmir edilən, yeni çəkilən yollar 2000 kilometr olub. Ləki-Qəbələ dəmir yolunun artıq 14 kilometri çəkilib. Keçən il iki təyyarə alınıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün 500 min manatadək vəsait ayırıb
17.10.2019
“Bazarstore”da karyera qurmaq istəyənlər üçün müjdə!
17.10.2019
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info