Bədii film ssenariləri müsabiqəsi elan olunub
Tarix: 15.03.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bədii film ssenariləri müsabiqəsi elan olunur. Nazirlikdən bildirilib ki, müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər, iştirakla bağlı yaş məhdudiyyəti yoxdur. Müsabiqədə iştirak etmək üçün tammetrajlı bədii filmin ssenarisi (elektron və çap olunmuş variantda), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər martın 15-dən mayın 1-dək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinə (Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 333-cü otaq) təqdim edilməlidir.
Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər. Müsabiqənin kino mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən ediləcək. Qaliblərin adları mayın 15-dək nazirliyin rəsmi internet saytında www.mct.gov.az və qurumun mətbu orqanı olan “Mədəniyyət” qəzetində açıqlanacaq. Qalib ssenarilər əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cari və növbəti illərdə filmlər çəkiləcək. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmayacaq.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info