Qlobal Bakı Forumu: Balkan ölkələrinin bu günü və gələcəyi ilə bağlı məsələlər müzakirə edilib
Tarix: 15.03.2019 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Martın 15-də VII Qlobal Bakı Forumu çərçivəsində “Balkanlar: bu günü və gələcəyi” adlı panel iclas keçirilib. Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, ötən əsrin sonlarında Balkanlarda başlanan müharibələr başa çatsa da, hazırda bu regionda hələ də həllini gözləyən məsələlər var. Müharibə bu ölkələrdə yaşayan insanların həyatına çox təsir edib. Uzun sürən çalışmaların nəticəsində Balkanlarda sabitliyin təmin olunması istiqamətində xeyli nailiyyətlər əldə edilib. Rumıniyanın Baş nazirinin müavini Ana Birçal Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini deyib və bu Forumu nümunə göstərib. O, bu kimi tədbirlərə uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq edib. Baş nazirin müavini Avropada sabitliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, hazırda Avropada gərgin ictimai-siyasi vəziyyət müşahidə edilir. Vəziyyəti sabitləşdirmək üçün Avropa İttifaqına daxil olan ölkələr birgə fəaliyyət göstərməlidirlər. Serbiyanın keçmiş Baş naziri Mirko Tsvetkoviç bir sıra Balkan ölkələrinin hələ də siyasi keçid dövrünü yaşadığını deyib. Qeyd edib ki, bəzi beynəlxalq güclər bu amildən öz mənafeləri naminə istifadə edirlər. Bu isə bölgədə sabitliyi təmin etmək işində problemlər yaradır. Lakin Balkan ölkələrinin əlverişli coğrafi-strateji mövqeyi və digər müsbət cəhətlər bu bölgənin aydın gələcək gözlədiyini deməyə əsas verir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş sədri Mladen İvaniç Balkanlarda iqtisadi və siyasi sabitliyin qlobal güclərdən çox asılı olduğunu deyib. O bildirib ki, beynəlxalq aktorların mübarizəsi kiçik dövlətlərin zərər görməsinə səbəb olur. Belə güclər inkişaf etməkdə olan ölkələrin mənafeyini, ümumiyyətlə, nəzərə almırlar. Xorvatiyanın keçmiş Baş naziri Yadranka Kosor yenidən Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. O, Forumda iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirib. Y.Kosor Balkan bölgəsinin etnik baxımdan zəngin olduğunu deyib. Əlavə edib ki, burada bolqarlar, rumınlar, xorvatlar, slovenlər və digər xalqlar yaşayırlar. Bu zənginliyin müəyyən mənfi nəticələri də var. Belə ki, burada etnik rəngarənglik siyasi, bəzən də hərbi münaqişələrə gətirib çıxarır. Albaniyanın keçmiş Prezidenti Recep Meydani Balkanların tarixboyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyib. Əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir. Avropa İttifaqına daxil olmaq bu region ölkələri üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində bölgədə sülh əldə edilib. Albaniyanın keçmiş Prezidenti Buyar Nişani belə tədbirlərin uğurla keçirilməsinə görə Azərbaycan dövlətinə təşəkkür edib. Qeyd edib ki, bu Forumun əhəmiyyəti ildən-ilə artır. B.Nişani bildirib ki, Balkanların əlverişli coğrafi mövqeyi tarixən burada beynəlxalq güclərin maraqlarının toqquşmasına səbəb olub. Hazırda da bu proses davam edir. Bu isə regionda siyasi gərginliyə gətirib çıxarır. XX əsrin sonlarında baş verən proseslər buna bariz nümunədir. Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov Balkan ölkələrinin Avropa İttifaqına daxil edilməsi məsələsində ədalətsizliklər olduğunu, bəzi əsassız iradların göstərildiyini bildirib. O deyib ki, bu ölkələrin Avropa İttifaqına daxil edilməməsi onların iqtisadi baxımdan geri qalmasına səbəb olur. Regionun inkişafı üçün atılan addımlar barədə məlumat verən Monteneqronun keçmiş Prezidenti Filip Vuyanoviç bu işdə əldə edilən uğurların heç də asan başa gəlmədiyini deyib. Qeyd edib ki, regionun coğrafi baxımdan əhəmiyyətli mövqedə yerləşməsi burada mütəmadi olaraq böyük güclərin təhriki ilə münaqişələrə gətirib çıxarır. İclas müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16.10.2019
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16.10.2019
XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16.10.2019
Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir
16.10.2019
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info