İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır
Tarix: 15.03.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir deyib: "Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. SOCAR və İranın NICO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Naxçıvan MR-in qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir. "Xudafərin" və "Qız Qalası", eləcə də "Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə "Birgə Texniki Komissiya"lar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Bununla yanaşı, İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə imkanlar yaradacaq".

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info