Mənzillər təqdim olunub
Tarix: 15.03.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.
Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzillə təmin olunanlara təşəkkürünü bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və yeni mənzillərində firavan həyat arzulayıb. Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada müvafiq kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 4 ailəyə mənzillər, 1 nəfərə isə minik avtomobili təqdim olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün müvafiq kateqoriyalı 4 şəxsə yeni mənzillər təqdim olunur. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıq edib, əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib. Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, müharibə iştirakçıları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirib. Azərbaycan Vətən Müharibəsi iştirakçısı Samir Sadıxovun valideyni Əmanət Musayeva çıxış edərək deyib: “Dövlətimiz tərəfindən müharibə iştirakçılarına, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Mənim övladım Samir Sadıxov da vətənimizin müdafiəsində sağlamlığını itirib. Valideyn kimi fəxr edirəm ki, övladım Vətən yolunda şərəflə xidmət edib. Bir neçə il bundan əvvəl övladıma avtomobil təqdim edildi. Bu gün – Novruz bayramı ərəfəsində isə yeni mənzil verilir. Göstərilən bu qayğı bizə ikiqat bayram sevinci yaşadır. Qürur duyuram ki, mən bu ölkənin vətəndaşıyam. Ailəmiz bundan sonra da vətənimizin inkişafına öz töhfəsini verəcəkdir”. Əmanət Musayeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb. Mənzillə təmin olunanlara xalça hədiyyə edilib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info