Ermənilərin yeni hökumətə etimadları itir
Tarix: 15.03.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


İrəvanda polisin narazılara qarşı nümayiş etdirdiyi qəddar hərəkətlər göstərdi ki, hakimiyyət dəyişsə də, sistem heç də dəyişməyib

Artıq hər tərəfdən tənqid olunmağa başlayan Paşinyan hökuməti nəinki tənqidlərlə barışmır, hətta onlarla qarşıdurmaya belə, gedir. Halbuki cəmi altı ay bundan əvvəl Paşinyanı müdafiə edənlər bunları heç ağıllarına belə, gətirmirdilər. Belə ki, ötən gün İrəvanın mərkəzində kafe sökülməsi prosesinin səbəb olduğu mitinqin iştirakçıları ilə polislər arasındakı qarşıdurma cəmiyyət ilə Paşinyan hökuməti arasında ilk ciddi qarşıdurma idi. Bununla yanaşı, burada diqqət cəlb edən məsələlərdən biri isə ölkə vətəndaşlarının Paşinyana olan etimadının hələ də yüksək olmasına baxmayaraq, əksər cəmiyyət nümayəndələrinin məhz Paşinyanın yox, kafeləri sökülən sahibkar və onların işçilərinin tərəfini tutması oldu. Maraqlıdır ki, bu, sosial şəbəkələrin erməni seqmentindəki əhval-ruhiyyədə də özünü bariz şəkildə büruzə verdi. Əslində, bunun artıq bir sıra səbəbləri var ki, artıq bu barədə danışmağın vaxtı yetişib (armenianreport.com).
Başlayaq ondan ki, artıq hakimiyyətdə olmasının bir ilinə az qalan Paşinyan və onun komandası ölkədəki işsizliyə qarşı heç bir mübarizə yolu tapa bilməyib. Halbuki onun xalqa verdiyi çoxsaylı vədlərdən ən birincisi ölkədəki işsizliyə qarşı aparacağı mübarizə olmuşdu. Amma Paşinyan və onun komandasının səbatsız hərəkətləri artıq ölkədə yeni narazılıqlara yol açır. Bu gün dövlət aparatının yeni "islahat"ı ölkənin yüzlərlə işçi insanlarını küçəyə atdırdı. Ölkənin işsiz ordusuna əlavə "qüvvə verdi".

Paşinyan və onun hökuməti çətin bir vəziyyətlə üz-üzə qalmaqdadır. İndi cəmiyyət yeni hakimiyyəti təkcə tənqid etmir, həm də onun hakimiyyəti ilə qarşıdurmaya belə, getməkdən çəkinmir


Belə bir şəraitdə, Paşinyan səlahiyyətlisi olan şəhər bələdiyyəsinin xeyli ailənin gəlir yeri olan kafelərin sökülməsi barədə verdiyi göstəriş ağılsız bir səhvdən başqa bir şey deil. Belə ki, bələdiyyə və hökumət bu obyektlərə kafe sahibəlrinin pul yatırdıqlarını, bu obyektlərin onların şəxsi əmlakı olduğunu nəzərə almadı. Bununla, yeni hakimiyyət nəyə qadir olduğunu ortaya qoymuş oldu. Bu, bir növ «biz nə istəyirik, o da olacaq, xalqın düşüncə və ehtiyacları bizlik deyil» anlamını meydana gətirmiş oldu. Məhz buna görə də hakimiyyətin bu hərəkətləri cəmiyyət tərəfindən qınandı. Əslində, bunu qınaq kimi də qəbul etmək doğru olmaz. Çünki cəmiyyətin belə qınaqları hakimiyyət üçün pis sonluqla nəticələnə bilər.
Qeyd edilməlidir ki, yaranmış vəziyyətdə cəmiyyətin qəzəbinə səbəb ola biləcək cəhətlərdən biri də erməni polisinin narazılara qarşı nümayiş etdirdiyi qəddar və qeyri-adekvat hərəkətlərdir. Əslində bu, yerli ermənilərə Paşinyanın əvvəlki sələflərinin hakimiyyəti dövrünü xatırlatdı. Belə görünür ki, Ermənistanda hakimiyyət dəyişsə də, sistem heç də dəyişməyib. Yəni erməni polisi xalqla, Koçaryan və Sarkisyan dövründə olduğu kimi, yenə də eyni metodla davranır. Öz hüququnu müdafiə edən hər hansı bir şəxs erməni polisinin dəyənəyi ilə üzləşir, asfaltda sürüklənir. Məgər Paşinyan xalqa belə bir demokratik cəmiyyət barədə vədlər vermişdi? Artıq xalq, deyəsən, baş verən hadisələrdən sonra bunları dərk etməyə başalayır. Görünür, Paşinyan və onun hökuməti bir müddətdən sonra təkcə Respublikaçılar və onun hakimiyyətdə olan azsaylı nümayəndələrindən deyil, həm də onu hakimiyyətə gətirən cəmiyyətdən də ehtiyatlanmağa başlayacaq. Əslində, Paşinyanın buna əsası da var. Çünki artıq erməni cəmiyyətində «canlama»ya start verilib. Təsadüfi deyil ki, İrəvanın digər hissəsində, lombard və valyuta mübadiləsi işçiləri də etiraz aksiyasına qalxmışdılar. Onlar da hökumətdən öz hüquqlarının qorunmasını tələb edirdilər.
Belə görünür ki, artıq Paşinyan və onun hökuməti çətin bir vəziyyətlə üz-üzə qalmaqdadır. İndi cəmiyyət yeni hakimiyyəti təkcə tənqid etmir, həm də onun hakimiyyəti ilə qarşıdurmaya belə, getməkdən çəkinmir. Maraqlıdır ki, Paşinyan hələ də özünü görməzliyə, eşitməzliyə vurmaqdadır. Amma bütün bunlar onun gələcək karyerası üçün heç də yaxşı vədlər vermir. İnsanlar Paşinyana, onun vədlərinə böyük etimad göstərdilər. Ancaq hələ ki, hökumətin bir çox addımları cəmiyyətdə acı bir reaksiya ilə qarşılanır. Vaxtilə "dövlət dəstəyinə sahib olduğum müddətdə, onu ölkənin inkişafı üçün istifadə edəcəyəm" - deyən Paşinyan bəlkə də büruzə verməsə də, cəmiyyətdəki dəstəyini itirməyə başladığını anlamaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“16 şirkətlə müqavilə bağlamışıq, bizim məzunlarımızı heç bir problem olmadan işə götürürlər”
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info