İlahiyyat İnstitutunda BMT-nin Könüllülər Proqramının təqdimatı olub
Tarix: 15.03.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Martın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Könüllülər Proqramının Azərbaycan üzrə təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib. Aİİ-dən bildirilib ki, dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov çıxışında dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə institutda ardıcıl seminarlar, görüşlər, dəyirmi masalar təşkil olunduğunu vurğulayıb. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib. Təqdimatda Kiyoun Kim “BMT-nin Könüllülər Proqramı” mövzusunda məruzə ilə çıxış edib. O, könüllülük fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər il minlərlə könüllünü səfərbər etməklə yanaşı, BMT-nin Könüllülər Proqramı könüllülərin işini təşviq edir, könüllülüyü inkişaf proqramının tərkib hissəsinə çevirmək üçün tərəfdaşlarla çalışır, sülh və inkişafa öz töhfəsini verir. Təqdimat mərasimində proqramın fundamental prinsipləri, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, sözügedən məsələlərlə bağlı tələbələrin sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info