Almaniya azərbaycanlıları bir araya gəlib
Tarix: 15.03.2019 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Berlində Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının geniş iclası keçirilib.
İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Komitə sədri diaspor siyasətinin prioritet istiqamətləri barədə danışaraq son bir ildə görülən işlərlə bağlı məlumat verib. Sonra diaspor siyasətinin mühüm məqamlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Koordinasiya Şurasının hesabatı dinlənilib və Şuranın İdarə heyətinin sədri Yaşar Musayev görülən işlər barədə danışıb, Şuranın gələcək planlarını diqqətə çatdırıb. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan və artıq fəaliyyətə başlayan Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Aytən Əliyeva tədbir iştirakçılarını bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumatlandırıb. Bildirilib ki, diaspor hərəkatı sahəsində mühüm addım kimi qiymətləndirilən və ikinci ildir ölkəmizdə təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi Almaniyada yaşayan azərbaycanlıların marağına səbəb olub. Qeyd olunub ki, belə bir düşərgənin təşkili yeni nəsil Azərbaycan diasporu ilə işləmək üçün ən gözəl imkandır. Toplantıda, eyni zamanda, Niderland, Belçika, Fransa, Skandinaviya ölkələri üzrə Koordinasiya Şuralarının əlaqələndiriciləri, o cümlədən Mayisə Gündoğdu, Toğrul Zeynallı, Ülviyyə Cabbarova da çıxış ediblər. Avropada yaşayan azərbaycanlı alimlər Cavid Səfərov, Rasim Mirzəyev, Asif Məsimov, Avstriyada fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri və karate üzrə dünya çempionu Fərid Əzizov, bəstəkar və pianoçu Abuzər Manafzadə, Avropada şöhrət qazanmış azərbaycanlı rəssam Əşrəf Heybətov Berlində keçirilən müzakirələrin iştirakçısı olub. Onlar çıxışlarında maraqlı təkliflər səsləndiriblər. Müzakirələrdə gənclər fəallıq nümayiş etdirib. Almaniyadakı Azərbaycan diasporunun təmsilçilərinin yeni və müasir imkanlara söykənərək diaspor hərəkatının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onlayn müzakirə platformalarının təşkili və s. barədə təklifləri maraqla qarşılanıb. Sonda Azərbaycanın diaspor siyasəti, Yol Xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları və diaspor təşkilatlarının, onları birləşdirən koordinasiya şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Ümumdünya İqtisadi Forumunun hesabatı bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16.10.2019
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16.10.2019
XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16.10.2019
Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir
16.10.2019
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info