ACP lideri Arif Hacılı barədə şok məlumatlar yaydı
Tarix: 25.07.2013 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Rəsul Quliyev: “Arif Hacılı ABŞ-da məni kənara çəkib...”

Son günlər Müsavat Partiyası ilə Rəsul Quliyev arasında başlayan söz savaşı özünün pik həddinə çatıb.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı eks-spiker Rəsul Quliyevi satqın, vaxtilə ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam kimi qələmə verib. Rəsul Quliyev də öz növbəsində bu ittihamları cavabsız qoymayıb. O, sosial şəbəkələrdə Arif Hacılı və Müsavat Partiyası haqqında maraqlı fikirlər səsləndirib:
“İlk növbədə cənabın özünü tərbiyəsiz aparması təəccüb doğurur. Çünki gərək ən azı 20 il bundan öncə publika qarşısında belə danışmağa xitam verərdi. Görünür? tərbiyə fundamenti ya çox zəifdir, ya da ümumiyyətlə qoyulmayıb.
O da ola bilər ki, görkəmli Avstriya alimi Freyd və ya onun davamçısı Yunqun psixoanaliz nəzəriyyəsinə görə uşaq vaxtı hər hansı bir qeyri-adiliklə rastlaşıb.
Başqa bir səbəb özünün fəxrlə qeyd etdiyi həbsxana həyatında vaxtdan istifadə edib biliyini artırmaq əvəzinə, dustaq jarqonlarını mənimsəməsidir. Hər halda bəzilərinin, hətta ailəvi şəkildə mənə hücum etmələrinə aydınlıq gətirmək pis olmaz. Çünki mən tərəfdən qeyri-adi və gözlənilməz heç bir addım atılmayıb. Mən Müsavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyi barədə səbəblərlə bağlı dəfələrlə izahat vermişəm, əks tərəf də buna reaksiya verib. Hər dəfə də mənim məntiqli izahıma, kobud və çobansayağı cavablar verilib. İndi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyəcan doğurub ki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib? Buna bənzər fikirlər tək mən tərəfdən yox, bir çoxları tərəfindən səsləndirilib”.
Rəsul Quliyev həmçinin Arif Hacılının öz keçmişinə nəzər salmasını da məsləhət bilib:
“İndi mənə qarşı yazılan hədyanların mətninə diqqət yetirin. Birincisi, qeyd edim ki, hansısa rayonun radiosunun kənd müxbirinin təsadüf nəticəsində gəlib respublikanın mərkəzində bir vəzifəyə çatması ondan özü üzərində 100 qat artıq işləməsini və müəyyən standartlara uyğun gəlməyi tələb edirdi. Ancaq bu adam Molla Nəsrəddin təki eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi, indi də qaldıra bilmir. Yəni, dəyişməyib bütün elementləri ilə gənc qalıb.
Qeyd edim ki, bu şəxslərlə mən bir neçə dəfə Bakıda Nazirlər Kabinetində işləyəndə, həmçinin ABŞ-da kimlərinsə iştirakı ilə görüşmüşəm və heç vaxt onlara ciddi bir adam kimi baxmamışam. O da özünü pioner kimi aparıb. Yadımdadır o, ABŞ-da məni qırağa çəkib kiminsə əleyhinə (adını çəkmək istəmirəm) nə isə demək istəyirdi ki, imkan vermədim. İsa Qəmbəri tənqid etməyimə baxmayaraq, onları eyni səviyyəli insanlar hesab etməmişəm.
Bu adam deyir ki, vaxtilə məni həbs etmək istəyirdilər. Ola bilər. Çox adamın ürəyindən məni həbs etmək keçə bilərdi. Nə olsun? Niyə həbs etmədilər? Kiçik bir yun zavodunun direktorunu həbs edə bilməyənlər məni həbs edəcəkdilər? Gülməli deyilmi?”
ACP lideri doxsanıncı illərə qayıdaraq Arif Hacılının keçmişində qaranlıq məqamların çox olduğunu da vurğulayıb:
“90-cı illərdə xalqın mənə münasibəti pozitiv olub, mafioz və sair nağılları müxbir tipli adamlar uydurub. Bu adamın yazısından belə çıxır ki, 1991-ci ildən bu günə qədər bunları mən idarə edirəm. İstəmirsənsə, idarə olunma.
1995, 1998, 2000 -ci il seçkilərində kim sizin əl qolunuzu bağlamışdı? Haradadır görkəmli nailiyyətləriniz?
Hansı ağıl sahibi 2003-cü il məğlubiyyətini mənimlə bağlaya bilər. 10 ildir 2003-cü ildə “seçkiləri udduq” deyib fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. Bir neçə dəfə “biz udduq” dediniz kifayətdir, çünki bunu təsdiqləyən materiallar yoxdur, fərziyyədir.
2005-ci il sizin üçün ən uğurlu ildir, deputat olub parlamentdə oturdunuz. 2008-ci ildə müxalifət ölü vəziyyətində idi, mən heç orada nə vaxt prezident seçkiləri keçirilməsini də bilmədim. Kim sizə mane oldu mübarizə aparmağa? 2010-cu il parlament seçkilərində siyasətdə aktiv fəaliyyətim olmayıb, siz harada idiniz, hansı uğurlarınızla öyünə bilərsiniz? İndi sizdən xahiş olunur ki, 1998, 2000, 2003, 2005, 2008, 2010-cu illərdə oynadığınız oyunları 2013-cü ildə qırağa qoyun. Aydın məsələdir ki, bu oyunları etmək üçün əsas canfəşanlıq edən kənd müxbiridir. O, İsa Qəmbərin sədrlikdən getməsini təşkil edib onun yerinə keçmək tapşırığını da yerinə yetirə bilməyib. Çünki ona deyəndə ki, məsələn Müsavatdan Qubad İbadoğlu da sədrlik uğrunda namizədliyini irəli sürə bilər, təşvişə düşdü, indiki postundan da məhrum ola bilməkdən qorxdu.
İsa Qəmbərin namizədliyini Rüstəm İbrahimbəyovun xeyrinə birmənalı geri götürməsinin alovlu əleyhdarı bu şəxsiyyətdir. Bu, onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə ağaları onun üzərindən xətt çəkəcəklər. Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə həşir salır. Hər halda düşünməsin ki, onun barəsində özü bildiyindən az bilirik. Camaat, öz ətrafı üçün ümumiyyətlə, bir gün də heç bir faydalı işlə məşğul olmayan bir adamın sənin barəndə hədyan danışması, əlbəttə, xoş deyil. Ancaq nə etmək olar, hələ ki, bu gün bu tipli kənd müxbirləri at oynadır”.
Onu da qeyd edək ki, bu ittihamlarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, Arif Hacılı telefona cavab vermədi. Özü internet saytlarından birinə verdiyi açıqlamada ölkədə olmadığını bildirərək ittihamlara cavab verməyib. Maraqlısı odur ki, Rəsul Quliyevin bu ittihamlarından sonra Arif Hacılı niyə xarici ölkəyə üz tutub və hansı səbəbdən? Görünür, seçkilər yaxınlaşdıqca hələ çox mətləblərə aydınlıq gələcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info