Bakıda “Nikah müqaviləsi” tamaşasının nümayişi olub
Tarix: 16.03.2019 | Saat: 12:20:00 | E-mail | Çapa göndər



Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İsrailin Dövlət mükafatı laureatı, yazıçı-dramaturq Efraim Kişonun “Nikah müqaviləsi” pyesi əsasında eyniadlı musiqili komediya nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, əsas rollarda Belarusun “Tri T format” Teatrının aparıcı artistləri – Vera Polyakova, Yuri Baranov, Artyom Davidoviç, Olesya Puxovaya, Yelena Qironok, Stanislav Savostin və başqaları çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Tatyana Troyanoviçdir. Pyesi Maryan Belenki tərcümə edib.
“Nikah müqaviləsi” komediyasının süjeti əsasında varlı ailənin əhvalatı dayanır. Ailə öz qızı Ayalanı imkanlı yerə ərə verməyə hazırlaşır. Lakin toy mərasiminin baş tutması üçün Ayalanın qanuni övlad olmasını təsdiq edən sənəd - valideynlərinin nikah müqaviləsi təqdim olunmalıdır. Məhz bu müqavilə də tapılmır ki tapılmır.
Tamaşa Bakı teatrsevərləri tərəfindən böyük maraqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info