Mehriban Əliyeva sayəsində Azərbaycanda gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb
Tarix: 16.03.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva sayəsində ölkədə gimnastikanın inkişafı üçün ən yaxşı şərait yaradılıb.
Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Baş məşqçi bildirib ki, bu il Bakı dünyanın gimnastika paytaxtına çevriləcək:
“Fevralda bizdə batut üzrə Dünya Kuboku keçirilib. Bu günlərdə idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Aprelin 26-27-də bədii gimnastika həvəskarları bu idman növü üzrə Dünya Kubokunu izləyə biləcəklər. Həmin yarışdan əvvəl “AGF Trophy” beynəlxalq turniri keçiriləcək. Bu turnirdə Avropa çempionatına hazırlaşan gənc gimnastlar çıxış edəcək. Avropa çempionatı da Milli Gimnastika Arenasında keçiriləcək”.
Avropa çempionatından danışan M.Vasileva qeyd edib ki, bəzi ölkələr, məsələn Moldova və Şimali Makedoniya yarışda ilk dəfə iştirak edəcək:
“Avropa çempionatı böyük əhəmiyyət daşıyır, çünki bu turnir sentyabrda Bakıda keçiriləcək dünya çempionatı üçün lisenziya xarakteri daşıyır. Bundan başqa, gimnastlara azarkeşlik etmək üçün çox sayda xarici qonağın gəlməsi gözlənilir”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
“İzdihamlı mitinq“ imitasiyası, hesablanmış taktika
20.10.2019
Azərbaycanın bu günə qədər əldə etdiyi uğurların coğrafiyası genişdir
19.10.2019
Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir
19.10.2019
“Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək”
19.10.2019
Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info