Ermənistan istehsalı olan 220 ədəd spirtli içki məhv edilib
Tarix: 16.03.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Martın 16-da Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, ümumilikdə 2 812 883 ədəd protexniki vasitələr, 43 092 ədəd dərman preparatları, 735 ədəd istifadəyə yararsız müxtəlif markalı mobil telefonlar və aksesuarları, 12675,4 litr alkoqollu və sərinləşdirici içkilər, 1212,8 kq qarışıq ərzaq məhsulları, 6019 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.
Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir.
Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 220 ədəd müxtəlif növ litrli spirtli içkilər də olub.
Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Әfqanıstanda hәrbi helikopter qәzaya uğrayıb
16.10.2019
İndoneziyada güclü zәlzәlә baş verib
15.10.2019
Meksikada cinayətkarlar 14 polis öldürüblər
15.10.2019
Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb
14.10.2019
İran-Azərbaycan sərhədində insident - 1 sərhədçi bıçaqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info