Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
Tarix: 18.03.2019 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə yaşa görə aylıq müavinətlərin də növbəti ayın 1-dən artırılması təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, bu müavinətin məbləği aprelin 1-dən etibarən 80 faizə qədər artırılmaqla 73 manatdan 130 manata çatdırılacaq. Hazırda ölkəmizdə 60 min nəfər yaşa görə aylıq müavinətlə təmin olunur.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə müavinət 62 yaşına çatmış qadınlara, 67 yaşına çatmış kişilərə (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə təyin edilir. Bununla belə, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar və ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər də (əmək pensiyası hüquqları olmadıqda) və işləmədikdə onlara yaşa görə aylıq sosial müavinət təyin edilir.
Sərəncamın əhatə etdiyi əhali qruplarından biri də ailə başçısını itirməyə görə müavinət alanlardır. Sənədə əsasən, həmin müavinətin məbləği ailə başçısını itirməyə görə müavinət alan ailə üzvlərinin hər biri üzrə 68 manatdan 80 manata çatdırılacaq. Ümumilikdə 46 min nəfər bu müavinətlə təmin olunur.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info