Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
Tarix: 18.03.2019 | Saat: 11:58:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir. Görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.
Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapır.
Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir. Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info