Əvəz Temirxan İsa Qəmbərdən narazılığını bildirdi
Tarix: 25.07.2013 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Müsavat partiyasının məclis üzvü, İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylinin “milli şura”da elə adamlar var ki, Rüstəm İbrahimbəyovu, Əvəz Temirxanı, ACP-ni də Müsavata qarşı yönəldirlər” fikrinə münasibət bildirib.
Sosial şəbəkələrdə yayılan bu açıqlamada Əvəz Temirxan Müsavatdan şübhəli olduğunu deyib: “Nə “milli şura”da nə də ki, başqa bir yerdə heç kim Əvəz Temirxanı kiməsə qarşı yönəldə bilməz. Mən istəmirəm ki, mənim adım hallandırılsın. Çünki ümumiyyətlə, ad çəkməmişəm. Kimisə də ittiham etməmişəm. “Facebook” profilimdə açıqlama qoymuşam ki, seçki başlanana qədər Rüstəm İbarahimbəyovun İsa Qəmbər tərəfindən birmənalı şəkildə dəstəklənəcəyinə ümid etmək istəyirəm. Məntiqlə iki namziədlə seçkilərə getmək müxalifətin vahid namizəd seçimini iqtidara vermək deməkdir. Mənim müsavatçılarla düşmənçiliyim yoxdur. Mənim analiz etmək hüququm, gördüyümü demək hüququm var ya yox? Mən ittihamsız- filansız deyirəm ki, əgər Rüstəm İbrahimbəyovla bərabər İsa Qəmbər seçkilərə gedəcəksə, bu birincinin qeydiyyata alınmaması üçün şərait yaradacaq. Bu isə vahid namizəd ideyasının kökündən balta vurulmasına gətirib çıxaracaq. Bunu, axı onlar özləri də gözəl bilirlər. Bu ittiham deyil, bir narahatlıqdır. İsa Qəmbər o dərəcədə qeyri-realist deyil ki, bunu etsin. Açığı bunun müəyyən işartıları da var.”
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info