Dənizçilər Cocuq Mərcanlıda olublar
Tarix: 18.03.2019 | Saat: 12:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Novruz bayramı ərəfəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər təşkil edib. Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin də iştirak etdiyi səfər çərçivəsində öncə Füzuli rayonunun ərazisində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, şəhidlərin ruhuna ehtiram ifadə edilib. Səfər zamanı Cocuq Mərcanlıda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanışlıq olub. Qonaqlar kənddə yerləşən məscid və “Qayıdış” parkına baş çəkiblər. Həmçinin, dənizçilər ön cəbhədə xidmət edən əsgərlər üçün yaradılan şəraitlə tanış olub və birgə nahar ediblər.
Daha sonra Novruz bayramı münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyəti üçün konsert proqramı təşkil olunub. Çıxış edən ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə dənizçilər adından Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıb. Hərbi hissənin komandanlığı ASCO əməkdaşlarının bu təşəbbüsünü yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazırdır.
Bayram şənliyi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Tanınmış müğənnilər – Əhməd Mustafayev, Yeganə Mürsəlova, Günay İbrahimli, Damla, Namiq Məna, Sədəf Budaqova və digərlərinin ifaları əsgərlərdə şən əhval-ruhiyyə yaradıb. Tədbiri Novruz bayramının atributları olan Kosa, Keçəl və Bahar qızının şən zarafatları, əyləncəli oyunları daha da yaddaqalan edib.
Şənlikdə əsgərlərə bayram sovqatı verilib, təşkilatçılar tərəfindən viktorina keçirilib. Qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
Sonda şəxsi heyətin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən tədbirdə yaxından iştirak etdiyinə görə ASCO hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info