Sülhəddin Əkbər Arif Hacılını “cəfəngiyatçı” adlandırdı
Tarix: 25.07.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, eks-spiker Rəsul Quliyev barədə şok açıqlama verərkən 1992-ci ildə onun həbs olunmasının müzakirə edildiyini bəyan etmişdi:
"1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu, ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyunktura baxımından real idi. Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Həmin vaxt milli təhlükəsizlik nazirinin 1- ci müavini olan Sülhəddin Əkbər də Prezident Aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi”.
Artıq sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmiş bu fikirə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər aydınlıq gətirib. O, haqqında deyilənləri cəfəngiyat adlandırıb:
“Deyilənlər hamısı cəfəngiyatdır və heç bir əsası yoxdur. Bildirmək istərdim ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nəzarətinə düşən hər hansı bir adam haqda ilk növbədə əməliyyat yoxlama işi aparılır. Əməliyyat işçisi qənaətə gəlsə ki, bu işi dərinləşdirmək lazımdır, onda artıq əməliyyat işi açılır. Əməliyyat işi aparıldıqdan sonra isə cinayət tərkibli faktlar, dəlillər üzə çıxarsa, bu MTN-in istintaq idarəsinə verilir və cinayət işi açılır. Cinayət işinin açılması üçün isə prokurorluğa müraciət olunmalıdır. Bu quruma müraciətdən sonra cinayət işi açılır və daha sonra məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilir. Əgər Rəsul Quliyev haqda o zaman belə bir iş olsaydı, bu qovluq indi MTN-in arxivində olardı.”
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info