Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
Tarix: 18.03.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Masallı şəhər “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən Bahar festivalı zəngin proqramı ilə Masallı sakinlərinə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadır. Bir sözlə, hər il olduğu kimi bu il də Masallıda baharın gəlişi yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalı martın 16-dan başlayıb.
Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır. “ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak edir. Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətləri ilə tanış olub və bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq elan edib. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını təmin etməklə dövlətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Belə ki, İran, Türkmənistan və Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliklərin nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdirib, şirniyyat paylayıblar. “ASAN xidmət”in məsul əməkdaşları festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar. Sonra meydanın mərkəzində qurulan bayram tonqalı alovlandırılıb. Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa toplaşanları salamladılar və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik ediblər. Kosa və Keçəlin şən zarafatları, yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman ustalıqlarını nümayiş etdirmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatıb. Bayram tədbirində Masallı Regional Mədəniyyət və Turizm İdarəsi, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, "Viləş" uşaq bağçasının körpələrindən ibarət kollektiv, rayonumuzun folklor kollektivlərinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəqs dərnəyinin şagirdlərinin rəqsləri ilə milli adət-ənənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olunun. Paytaxtdan dəvət olunan tanınmış müğənni və qəqqasələrin çıxışları festival iştirakçılarının ürəyincə olub. Festival günlərində, həmçinin “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı da həyata keçirilir. Qeyd edək ki, Masallı şəhər “ASAN Həyat” kompleksində Bahar festivalı martın 19-u axşam saatlarınadək davam edəcək.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info