Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
Tarix: 18.03.2019 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan soydaşlarımızın nüfuz qazanması, yeni-yeni uğurlar əldə etməsi hər birimiz üçün qürürvericidir. Xüsusən onların yaşadaqları ölkələrin elitar səviyyəsində qəbul olunması ölkəmizin adına da müsbət təsir edir. Fizika-riyaziyyat elmləri doktoru, Tətbiqi Elektronika Akademiyasının akademiki, Əməkdar elm xadimi Eldar Vəliyev xaricdə nümunə göstəriləsi belə soydaşlarımızdandır. O, təkcə Azərbaycan və Ukraynada yox, dünyada tanınmış ziyalılardandır. Eldar Vəliyev haqqında elə uzun müddət yaşadığı Ukraynanın tanınmış ziyalıları xoş sözlər deyiblər. O insanların Eldar müəllim haqqında fikrlərini yazmaqla oxucularmıza sevinc və qürurumza şərik etmək istərdik.
Lakin öncə, bu dəyərli ziyalımızla birlikdə tanış olaq. Eldar İsmayıl oğlu Vəliyev 24 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Piçənis kəndindəndir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (S. M. Kirov adına) Fizika fakültəsini bitirib. 1973-cü ildən 1976-cı illərdə Radio Fizika və Elektronika İnstitutunun (Ukrayna SSRİ Elmlər Akademiyası (Xarkov)) aspirantı olub. 1977-ci ildə fiziki- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya radio fizika ixtisas üzrə elmi işini müdafiə edib (Xarkov).
1988-ci ildə fizika- riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib (ixtisas radio fizika). Eldar Vəliyev 1973-cü ildən 1976-cı ilə qədər aspirant, 1977-ci ildən 1980-ci ilə qədər kiçik elmi işçi kimi çalışıb. 1980-ci ildən 1988-ci ilə qədər baş elmi işçi, 1988-ci ildən 2008-ci ilə qədər aparıcı elmi işçi olarak Ukrayna Elmlər Akademiyasının Radio Fizika və Elektronika İnstitutununda (Xarkov) calışıb.
Eldar Vəliyev 20 ilddən çoxdur ki, Beynəlxalq elmi konfrans olan "Elektromaqnit nəzəriyyəsidə Riyazi metodlar” (MMET) təşkilat komitəsinin sədridir. Bu nüfuzlu beynəlxalq tədbirin yaranması və inkişaf tarixi Eldar Vəliyevin adı ilə bağlıdır. Bu konfrans bir mötəbər URSI (Radio Engineers, ABŞ) Beynəlxalq Birliyin siyahısına daxil edilib.
1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən ilin adamı elan edilib və 1999-cu ildə o, İEEE (Radio Engineers) Beynəlxalq İnstitutunun (ABŞ) baş üzvü seçilib. 2008-ci ildən 2012-ci ilə qədər Əsas Kimya Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (NIOCHIM, Xarkov) olaraq çalışıb.
2012-ci ildə Bələdiyyə İqtisadiyyatı Milli Akademiyasında (Xarkov) təlim, ixtisasartırma və Uzaqdan Təhsil Mərkəzinin direktoru olub. 2016 Ukrayna Milli Texniki Universiteti "Xarkov Politexnik İnstitutu" (NTU "KPI") da Uzaqdan Təhsil Mərkəzinin rəhbəridir.
11 may 2016-cı ildən Ukrayna Milli Texniki Universiteti "Xarkov Politexnik İnstitutu" (NTU "KPI") elmi və pedaqoji işləri üzrə prorektorudur. Xarkov Politexnik Universitetinin Elmi Parkının baş direktorudur.
Eldar Vəliyev aparıcı milli və beynəlxalq jurnallarda 150-dən çox nəşr edilmiş orijinal elmi məqalə müəllifi və həmmüəllifidir. Yaponiya və Avropada nəşr olunan 3 kitab həmmüəllifidir.
2011-ci ildən Təbii Avropa Elmlər Akademiyasının həqiqi üzvüdür (akademik) (Almaniya). Eldar Vəliyev «Vətən Ovladı» (Dədə Qorqud Fondu, 2011-ci il Bakı), Tətbiqi Radio Electronics Akademiyasının Qızıl medalına (Xarkov, 2011) layiq görülüb.

Dünya şöhrətli alim, fədakar diaspor üzvü

Eldar Vəliyev, həmçinin diaspor olaraq da fəal soydaşlarımızdandır. O, Xarkovda fəaliyyət göstərən “Dostluq” Cəmiyyətinin idarə heyətinin üzvü olaraq daimi Azərbaycanın təbliğatını aparıb. Hazırda isə İstanbul Texniki Universitetinin İnformatika İnstitutunda professor olaraq bu misiyanı Türkiyədə də davam etirir.
2006-cı ildə onun 55 illiyi Ukraynadakı Azərbaycan səfirliyi tərəfindən təşkil edilib. 2011-ci ildə isə E.Vəliyevin 60 illiyi təntənəli şəkildə qeyd edilib. Ukrayna jurnalistləri tərəfindən onun haqqında 4 film çəkilib. Bu filmlərdə Ukraynanın nüfuzlu şəxslər Eldar müəllim haqqında xoş və səmimi fikirlərini səsləndiriblər. Onlardan bir neçəsinin fikrlərini oxuclarımıza təqdim edirik.
Azərbaycanın Ukraynadakı səfiri (2005-2008) Tələt Əliyev: “Azərbaycanın Ukraynadakı səfiri kimi, azərbaycanlı kimi qürur duyuram ki, Ukraynada böyük Azərbaycan diasporunda bu cür yüksək səviyyəli nümayəndəsi var. Eldar Vəliyev haqqında yalnız Azərbaycan diasporunun nümayəndələri tərəfindən deyil, eyni zamanda Ukrayna millətinin nümayəndələrindən eşitdiyim və həm də çox yüksək səviyyədə ifadə olunan fikirləri eşitdikdə çox məmnun oldum". (2006)
Ukrayna Milli Elmlər Akademiyasının akademiki, IRE direktoru Yakovenko V.M: "Eldar Vəliyev özünü çox bacarıqlı təşkilatçısı kimi sübut edib. 1988-ci iinldə, çox gənc bir elm xadimi olmaqla bərabər, onun təşəbbüsü ilə gənc alimlər məktəbinin konfransının işə başlanmasını təməli qoyulub. 1990-cı ildən etibarən bu konfrnsalar ingilis dilində keçirilir. Bir çox alimlər ABŞ-dan, Almaniyadan, Yaponiyadan, Fransadan mühazirələr oxumaq üçün bu konfransa gəlirlər. Bu konfranslar sayəsində bizim institun beynəlxalq əlaqələri ciddi bir dərəcədə artıb". (2006)
Xarkov vilayətinin qubernatoru Avakov A.B: “Mən bu insanı öz xarakterinə, insanlığına və peşəkar keyfiyyətlərinə görə qiymətləndirirəm. Eldar vətənpərvərdir. O, Bakının vətənpərvəridir və mənim kimi Xarkov vətənpərvəridir. Bu şəhər və Bakı da mənim üçün doğma şəhərdir. Mən, həqiqətən, uzun illərdir ki bizim yaxşı əlaqələrimizi yenidən canlandırmaq istəyirəm və hesab edirəm ki, biz yolda uğur qazanacağıq". (2006)
Xarkov şəhərinin meri Şumilkin V: "Eldar Vəliyevi yubiley münasibətilə təbrik edirəm və ona daha çox kəşflər, yaradıcılıq arzulayıram və Xarkovun qabiliyyətli nümayəndəsi kimi sizi Ukraynanın sərhədlərindən çox kənarda tanısınlar". (2006)
Ukraynalı jurnalist T. Babinan: “Həyat hər bir insanı ona aid olan məqsədi tapmağa hazırlayır. Kimsə onu tapmasa, çox kədərlidir. Bu dünyada vəzifələrini yerinə yetirən insanlar başqaları arasında fərqlənirlər. Onlar fədakarlıq, xidmət və sevgi enerjisini ətrafa yayırlar. Məqsədəlerinə nail olmaq üçün onlar daima başqalarının inkişafına kömək edirlər.
E.Vəliyev, görkəmli, dünya şöhrətli alim, Xarkov rayonunda Qubernatorun məsləhətçisi olan Azərbaycan diasporunun lideridir. Görkəmli bir elm adamının 55-ik yubileyi, yalnız onun dostları və tələbələri üçün tək bir önəmli hadisə deyil, həm də onun iki ölkəyə xidmətlərini qeyd etmək üçün çox gözəl bir hadisədir.
E.Vəliyevin insanları cəlb etmək kimi özəl bacarığı var. Sanki onun ətrafında bir maqnit sahəsi enerjisi yaranır və bunun təsirini onun içində olan hər kəs hiss edir. Çox təsirli bir elm admı olmasına baxmayaraq E. Vəliyev tamamilə çox sadə bir insandır. O, çox həssas və tolerant birisidir. O, ətrafında olan hər kəsə dəstək verməyə hazır olduğunu ifadə edənlərdəndir". (2006)
Dünyanının ABŞ-dan olan ən nüfuzlu fizik professorlarından biri Nader Enghetanın(www.seas.upenn.edu/~engheta/) Eldar Veliyevə tövsiyə məktubundan: “20 ildir ki, professor Eldar Vəliyevi tanıyıram, onunla elektromaqnitizmə aid konfranslar və simpoziumlarda qarşılaşdıq və elektromaqnit nəzəriyyəsində tam olmayan törəmələri tətbiqi üzrə əməkdaşlığımızla zamanı yaxından tanış olmak imkanım oldu. 2002-ci ildə ABŞ-ın Milli Elm Fondu tərəfindən maliyyələşdirilən birgə bir layihəmiz var idi və bu əməkdaşlıq üçün mənə və mənim komandama iyul 2002-ci, noyabr 2002-ci və 2003-cü ilin iyun ayında Pensilvaniya Universitetində səfər etdilər. UP-nə etdiyi səfərlər zamanı məhsuldar əməkdaşlıq etdik.
1998-ci ildə Ukraynanın Xarkov şəhərində keçirilən "Elektromaqnit nəzəriyyəsinin riyazi metodları" adlı konfransa qatıldıqda professor Vəliyevlə tanış oldum. Professor Vəliyev (bu konfransın rəhbəri) tərəfindən təşkil edilən bu beynəlxalq konfrans, nəzəri elektromaqnitizm mövzusunda çox müvəffəqiyyətli və məlumatlı, nüfuzlu bir konfrans olmaqla bərabər, eyni zamanda elektromaqnitizmin riyazi aspektlərində fəal araşdırmaçıları bir araya gətirən konfrans olub.
Professor Vəliyev elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli alimdir. Elektrodinamika, rezonans elementləri olan antenalar və bəzi digər elektromaqnitik mövzularda sərhəd dəyər problemlərinin inkişafı üçün 150-dən çox məqalə və 3 kitab yazmışdır. Düz ekranlardan dalğaların difraksiyasının hesablamalarına riyazi metodlarının tətbiqi ilə əlaqədar maraqlı işlər gördü. Elektromaqnitizm sahəsində yenilikçi işlər aparıb. Radiofizikanın müxtəlif sahələrində və onun elektromaqnitizmə dair innovativ və həyəcanverici işleri məni çox sevindirdi. ABŞ-la (məni qrupum) və Yaponiya ilə beynəlxalq əməkdaşlığa olmuşdur. Beləliklə, professor Vəliyev görkəmli alimdir və mən onu çox həvəslə İTU-nün professoru olmasını tövsiyə edirəm”.
E.Vəliyev haqqında çəkilən filmləri aşağıdakı linklərdən izləmək mümkündür:
https://youtu.be/UPBsQrwciQM
https://youtu.be/v5vORdTBOyA
https://youtu.be/cKXdvnrOuX8
https://youtu.be/p_tcq1seqxc

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18.09.2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
18.09.2019
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsindən təqdirəlayiq addım!
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info