4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
Tarix: 18.03.2019 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. İclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub. Tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Barkindo, OPEC-in prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak ediblər. Tədbirə həmçinin OPEC-in üzvləri Əlcəzair, BƏƏ, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb.


“Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır”

Tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır. Nazir iclasın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib: “Bu tədbir Prezident İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin tədbirlərinin Bakıda keçirilməsi təklifi ilə baş tutur. Hələ 2016-cı ilin yanvarında Azərbaycan Prezidenti qiymət sabitliyinə nail olmaq üçün Davos Forumunda belə bir əməkdaşlıq təşəbbüsünü irəli sürərək bildirib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, nəticə əldə edilə bilər”. O qeyd edib ki, bu iclasın keçirilməsi həm də sənaye üsulu ilə ilk neft hasilatçısı kimi Azərbaycanın tarixi rolunu təsdiqləyir.
Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində tarixi rolunu göstərir: "Azərbaycan böyük həcmdə neft ixrac etmir, lakin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Ümid edirəm ki, OPEC+ xartiyasının hazırlanması tezliklə başa çatacaq". P.Şahbazov bildirib ki, ölkələrin əməkdaşlığı neft bazarında risklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir: "OPEC+ neft bazarına əsas dəstəyi təmin edir. Hazırda bu razılaşmanın müsbət nəticələrini görürük".
Rusiya energetika nazirinin müavini Pavel Sorokin bildirib ki, Rusiya OPEK + razılaşmasının həyata keçirilməsinə sadiqdir və ölkənin neft istehsalının göstəriciləri buna sübutdur. Rusiya əməkdaşlıq sahəsində səylərini davam etdirəcək. P.Sorokinin sözlərinə görə, OPEC və OPEC+ ölkələrinin ötən ilin dekabrında qəbul etdiyi qərar neft bazarına sabitlik gətirib: "Həmçinin bu qərar neft bazarının gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır. Rusiya dekabrda qəbul edilən bu qərarları dəstəkləyir".

"Dünyada ilk neft quyuları Azərbaycanın ərazisində olub"

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih bildirib ki, Bakıya səfərindən çox məmnundur: “Əminəm ki, həmkarlarım da eyni hissi yaşayırlar. Azərbaycan paytaxtının həm qədim, həm də müasir arxitekturası var.
Bir tərəfdə orta əsrlərə aid qala divarları olan “İçərişəhər”, o cümlədən Şirvanşahlar Sarayı, digər tərəfdə isə müasir üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzi yerləşir. Bu binanı Zaha Hadid layihələndirdiyi üçün mənə doğma gəlir. O, Mərkəzi Asiya və Yaxın Şərq arasında müasir əlaqədir. Mənim digər binalarda gördüyüm ərəb əlyazmaları isə bizim tarixi münasinətlərimizin sübutudur. Azərbaycan təkcə təbii sərvətlərlə zəngin və qədim tarixi malik ölkə deyil, həmçinin müxtəlif mədəniyyətləri və sivilizasiyaları özündə birləşdirən, savadlı və dünyagörüşlü insanları olan məkandır. Bu ölkə Nizami Gəncəvi, Mirzə Fətli Axundov, Süleyman Rüstəm kimi şair və filosoflar, Leyla Məmmədbəyli, Lütfi Zadə kimi alimlər, Mstislav Rastropoviç kimi musiqiçi yetişdirib. Azərbaycanın qədimdən kəşf olunmamış karbohidrogen ehtiyatları ona “Odlar Diyarı” adının verilməsinə səbəb olub. 19-cu əsrdə bura dünyanın ilk neft quyularının olduğu ərazi idi və həmin dövrdə Azərbaycanda neft istehsalının həcmi dünya üzrə istehsalın yarıdan çoxunu təşkil edirdi. Əminliklə deyə bilərəm ki, Azərbaycan və zəngin Xəzər dənizi olmasaydı, dünyanın əsas nef-qaz hövzəsi bu gün bu cür ola bilməzdi. Bu ehtiyatlar təbii olaraq Azərbaycan xalqını OPEC+-lə bağlayır və mən şadam ki, OPEC+ liderlərinin əksəriyyəti bu bağlılığı daha da gücləndirmək üçün bu gün bu iclasda iştirak edir. Biz neft-qazın Azərbaycan xalqının rihafı üçün necə vacib olduğunu və bu ölkənin gələcək planlarının həyata keçirilməsində oynadığı rolu anlayırıq. Biz birlikdə hərəkət etdiyimiz qədər heç vaxt güclü olmuruq. OPEC və başda Rusiya olmaqla qeyri-OPEC ölkələrinin birgə səyləri bizim geniş ailənin, o cümlədən Azərbaycanın iqtisadi çiçəklənmə mənbəyi olaraq qalır. Ümid edirəm ki, siz hamınız bu günki yeməklərindən və Azərbaycanda əylənməkdən həzz alacaqsınız”.

OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək

Xalid Əbdüləziz Əl Falih bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclasları bu ilin mayında Ciddədə keçiriləcək. Qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir.
O bildirib ki, ötən il qlobal neft bazarında balansın formalaşdırılması üçün mühüm addımlar atıldı. Bu gün neftin qiymətinin məqbul səviyyədə olması OPEC və OPEC+ formatında əməkdaşlığının bəhrəsidir.
"Bugünkü iclasın neftin vətənində, Bakıda keçirilməsi çox əlamətdardır. Hazırda Azərbaycan OPEC+ formatında əməkdaşlığın fəal iştirakçısıdır", - deyə nazir vurğulayıb.

Fevralda OPEC+ sazişinə 90 faiz əməl olunub

“Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə fevralda 90 faiz əməl edilib”. Bu sözləri Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yekununa dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, JMMC neft bazarında baş verən proseslərdən razıdır. “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən ölkələrin sazişə əməletmə səviyyəsi fevral ayında 90 faiz olub. Komitə üzv ölkələrin fevral ayı ərzində kollektiv fəaliyyətindən məmnundur. O bildirib ki, yanvarda isə sazişə əməletmə səviyyəsi 83 faiz olub.
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının qərarı ilə İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin yeni üzvləri seçiliblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”
23.04.2019
Azərbaycanda yeni zavod tikiləcək
23.04.2019
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23.04.2019
Nazirliyin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info