“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
Tarix: 18.03.2019 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini bildirib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarında çalışan, 60 nəfəri qadın olmaqla 600 nəfərə yaxın əməkdaşın bu idman tədbirinə qatıldığını müsbət hal kimi dəyərləndirib. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov spartakiadanın təşkili və nəticələri ilə bağlı geniş məlumat verib.
Spartakiadada səkkiz idman növü üzrə yarışların keçirildiyini qeyd edən R.Səfərov ümumkomanda hesabında I yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, II yerə “Aztelekom” MMC-nin komandası, III yerə isə Dövlət Radiotezliklər İdarəsinin komandasının layiq görüldüyünü diqqətə çatdırıb. Sonra komandaları I, II və III yerləri tutmuş qurumların rəhbərlərinə xatirə kubokları və diplomlar təqdim olunub.
Qeyd edək ki, spartakiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Keçirilmiş yarışlarda Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Teleradio” İstehsalat Birliyi, “Azərpoçt” MMC, “AzInTelecom” MMC, Dövlət Dəniz Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-1
və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı-2 komandaları iştirak edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək
25.04.2019
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info