Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
Tarix: 18.03.2019 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Paşinyan hökumətinin “Qazprom”la təbii qazın qiymətlərinin aşağı salınması üzrə iki ay davam edən danışıqları uğursuz başa çatıb

Bu gün hər dəfə əks-inqilabdan danışan baş nazir Nikol Paşinyan, ilk ölaraq, özü-özünə hesabat verməlidir. Çünki əks-inqilab İrəvan küçələrində ayaq döyən adi məxluq deyil. Bu, hətta hazırda məğlub duruma düşmüş və yaxın gələcəkdə özünə gələ bilməsi o qədər də inandırıcı görünməyən Koçaryan qvardiyası da deyil. “Birinci informasiya” yazır ki, bu mənada erməni rəhbərliyinin kənarda əks-inqilabçılar axtarması bir az gülünc görünür: “Çünki bu gün hakimiyyətə müqavimət göstərə bilən qüvvələr elə hakimiyyətin daxilində, parlament dəhlizlərindədir. Baş nazirə yalan məlumat verən təxribatçıların əksəriyyəti elə Paşinyanın yanında olanlardır. Ümumiyyətlə, saray intriqaları təbiidir. İndi erməni hakimiyyəti təhlükəli dönüş nöqtəsindədir - ya bu qüvvələri sakitləşdirməli, ya da onları hakimiyyətdən kənarlaşdırmalıdır. Əks təqdirdə onların Nikol Paşinyan üçün ciddi təhlükə törədəcəyi istisna deyil. Bu gün artıq başqa yol yoxdur. Paşinyan artıq siravi məmurdan bürokrata çevrilməkdə olan kadrlarının məsələsini həll edilməlidir. Doğrudur, Paşinyan ətrafında az da olsa, baş nazirə sadiqliyi ilə seçilən məmurların olmasını da danmaq olmaz”. Qeyd edilir ki, artıq Nikol Paşinyan da xalqın bir gün emosional post-inqilab əhval-ruhiyyəsinin tükənəcəyinə inanmaqdadır: “Paşinyanın bu istiqamətdə atacağı səhv addım onun hakimiyyətinin acı sonluğunu gətirə bilər”. Onu da qeyd edək ki, Ermənistan hökumətinin “Qazprom-Armenia” şirkəti ilə təbii qazın qiymətlərinin aşağı salınması üzrə iki ay davam edən danışıqları uğursuz başa çatıb. Erməni KİV-nə istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib. Onun sözlərinə görə, danışıqlar üçün ayrılan iki aylıq müddət başa çatıb və tərəflər razılığa gələ bilməyiblər. Avinyan əlavə edib ki, danışıqlar davam etdiriləcək və hər hansı nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, hələ ötən ili dekabrında Rusiya şirkəti Ermənistana satılan təbii qazın artırılacağı barədə bəyanat vermişdi. İndi Paşinyan hökuməti əhaliyə satılan mavi yanacağın qiymətinin sabit saxlanılması üçün yeni variantlar axtarır. Lakin ekspertlər bunun mümkün olmayacağını, tezliklə əhaliyə verilən qazın qiymətlərinin artacağını qeyd edirlər. Çünki Ermənistanın baş naziri ötən ilin dekabrında bəyan edib ki, hökumət daxili tələbat üçün təbii qazın qiymətlərinə subsidiya ayırmayacaq və gələcəkdə borc müqabilində qarşı tərəfə heç bir səhmlər və ya müəssisələr verilməyəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info