“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
Tarix: 18.03.2019 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Bu günlərdə ölkə başçısı tərəfindən məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalanıb. Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması artıq ənənə halını alıb və belə sərəncamların hər biri yüzlərlə vətəndaşımızın ailələrinə sonsuz sevinc bəxş edib. Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanism kimi dəyərləndirilir. Bu sərəncam yalnız əhv edilən şəxslər və onların ailələrinin sevinci ilə məhdudlaşmır. Xarici mətbuatda da ölkə başçısının bu sərəncamı geniş işıqlandırılır. Türkiyənin bir çox mediasında bu sərəncamla barədə məlumatlar yerləşdirilib.
Onlardan biri kimi “Sondakika.com“: “Azərbaycan Prezidenti İlham Əliyev 399 nəfəri əfv etdi” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Prezident İlham Əliyev Novruz bayramından öncə yeni əfv sərəncamı imzalayıb. Sərəncamla 399 məhbus sərbəst buraxılmaqla yanaşı, bəzi məhkumların cəzaları yarıya endirilib. Burada qeyd edilir ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq sərəncam imzalayıb. Burada əcnəbi məhbuslar daxil olmaqla, 399 adamın adları öz əksini tapıb. Bundan başqa, fərmanla ömürlük həbs cəzasına məhkum edilmiş üç nəfərdən biri 25 il həbs cəzasına məhkum edilib və iki nəfər 20 il həbs cəzasına məhkum edilib. Həbs cəzasına məhkum edilən edilən 11 nəfər həbsxanadan sərbəst buraxılıb, həmçinin 1 nəfər cəzasının geri qalan hissəsini çəkməkdən azad edilib. Cərimə ödəməklə 12 nəfər isə bəraət alaraq azadlığa buraxılıb.
“Ntv.com.tr” saytında “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi” başlıqlı yazıda isə qeyd edilir ki, adıçəkilən sərəncamda əfv edilən 399 nəfərin sırasında Gürcüstan, Rusiya, Çin, Hindistan, Kamerun, Nigeriya və Özbəkistan kimi ölkələrdən olan xarici məhbusların adı yer alır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”
30.07.2019
“Savadlı kadrların əksəriyyəti Ermənistanı tərk edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info