Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
Tarix: 18.03.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər



Türk xalqının müttəfiq dövlətlərin “Yenilməz armada”sına qarşı ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 104-cü ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, zabitlər, müxtəlif təşkilatların əməkdaşları və sadə vətəndaşlar iştirak ediblər.
Əvvəlcə 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib, abidə önünə əklil qoyulub.
Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. O vurğulayıb ki, Vətəni qorumaq üçün ən çətin şəraitdə çəkinmədən canlarını fəda edən əziz şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq.
Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu çıxışında qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı – 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub. Osmanlı ordusu ittifaq dövlətləri ilə müqayisədə sayının az, təchizat baxımından isə zəif olmasına baxmayaraq, düşmənin bütün hücumlarını dəf etməyi bacarıb. Türk ordusu bu ağır döyüşdə 253 min şəhid verib. Döyüşlərdə 3 minədək azərbaycanlı könüllü qəhrəmancasına vuruşaraq əbədiyyətə qovuşub. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
Çıxışlardan sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info