Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
Tarix: 19.03.2019 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda olub.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.
Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayından UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. “Elm aylığı” çərçivəsində ölkənin tanınmış alimləri ilə müxtəlif elm sahələrinə aid müzakirələrin aparıldığını bildirən rektor, akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb.
Rektor ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor, bu istiqamətdə problemin həllini alim və müəllim vəhdətinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.
Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu adlandıran akademik, son 5 ildə bu ali təhsil müəssisəsində yüksək inkişaf dinamikasını müşahidə etdiyini, yeni ali təhsil mexanizminin formalaşdığını vurğulayıb. O, UNEC-in mütərəqqi ideyalarla daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim, məhz Ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahə üzrə dünyanın ən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.
Sonra professor-müəllim heyəti təkliflərlə çıxış edib, onların sualları cavablandırılıb.
Sonda akademik Telman Əliyev UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə Fəxri fərmanla təltif edilib.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
ADU-da SƏLİS-in e-vətəndaş proqramı təqdim olunub
25.04.2019
Azərbaycan Dövlət Pedaqoji Universiteti 1340 əlavə təqaüd yeri alıb
25.04.2019
Cəfər Cəfərov: “Universitetlər insan kapitalının inkişaf etdirilməsində əsas rol oynamalıdırlar”
25.04.2019
İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
25.04.2019
Texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info