Paytaxtda yeni poçt şöbəsi istifadəyə verilib
Tarix: 19.03.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda müasir standartlara uyğun olaraq yenidən qurulmuş daha bir poçt şöbəsini istifadəyə verib.
MMC-dən bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti 72-də yerləşən, 1 saylı poçt filialının nəzdində fəaliyyət göstərən 33 saylı poçt şöbəsi “Azərpoçt” MMC-nin yeni brendinə uyğun dizayn olunub. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb. Yenidənqurmadan sonra sözügedən poçt şöbəsində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər. Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. Bundan başqa, 33 saylı poçt şöbəsində vətəndaşlar rahatlıqla bütün iş saatlarında valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə biləcəklər. Ay ərzində təxminən 15 minə yaxın vətəndaşa xidmət göstərən 33 saylı Poçt şöbəsində həftənin 7 günü 24 saat işlək ATM də yerləşdiriləcək. Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info