Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
Tarix: 20.03.2019 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində növbəti Novruz bayramı tədbiri keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bayram günü tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak ediblər.

Tədbir zamanı aparıcı tədbir iştirakçılarını salamlamış və xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir. İlk olaraq şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himni ifa olunmuş, daha sonra məktəbin fəal şagirdlərindən olan Humay Rəfizadə öz yazdığı “Novruz bayramı gəlir” şerini söyləyib.

Novruz bayramı gəlir,
Gəlin görək nə edir?
Tonqaldan hoppanmışıq,
Yumurta rəngləmişik,
Səməni yetişdirib,
Bəs nə etməmişik?
Şəkərbura, paxlava və qoğalımız qalıb,
Gedək bişirək onu.
Dadlı olub! Nuş olsun!
Hamımıza xoş olsun!

Tədbirdə şagirdlər Novruz bayramına həsr olunmuş milli ruhda Azərbaycan haqqında şeirlər söyləmiş, “Eynur”, “Sarı gəlin”, “Turacı”, “Ağ çiçəyim”, “Cücələrim”, “Xan çobanı” rəqslərini və milli rəqslərin kompozisiyasınadan ibarət rəqs (“Popurri”) nümayiş etdiriblər.
Bahar qızı səməni ilə “Ağ çiçəyim” rəqsini ifa edərək Kosa və Keçəli uşaqlarla görüşə dəvət edib. Kosa və Keçəl Novruz bayramının əsas atributlarından olan “Kosa-kosa” tamaşasını göstərib. Qeyd edək ki, bu tamaşa yalnız Azərbaycanda qeyd olunan Novruza məxsusdur. Eyni zamanda tədbirdə Novruz adət-ənənələrindən danışılmışdır. Daha sonra uşaqlar arasında Novruz bayramının əsas adətlərindən olan yumurta döyüşdürmək yarışı keçirilmişdir. İştirakçılar sonda “Novruz gəlir, yaz gəlir” mahnısını ifa etmişdirlər. Şagirdlərin ifaları alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilmiş, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanını yaradır. 2018-ci il ərzində Novruz bayramı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyət Günündə də çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək
25.04.2019
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info