Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
Tarix: 20.03.2019 | Saat: 11:06:00 | E-mail | Çapa göndər



Ukraynanın paytaxtı Kiyev şəhərində Novruz bayramı ilə bağlı keçirilən beynəlxalq festivalda Azərbaycan xalqının mədəniyyət, milli mətbəx nümunələri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən Novruz festivalında Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Türkiyə stendləri ilə yanaşı, Azərbaycanın stendi də nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsində iştirakçı ölkələrin səfirləri Novruz təbriklərini çatdırıblar.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Festivalda Kiyev şəhərinin sakinlərinə, qonaqlarına, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, plov, dolma, kətə paylanılıb.
Sonra iştirakçı dövlətlərin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert keçirilib.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək
25.04.2019
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info