Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
Tarix: 20.03.2019 | Saat: 17:54:00 | E-mail | Çapa göndər



Naxçıvan şəhərində yerləşən Naxçıvanqalada keçirilən Novruz şənliklərində muxtar respublikanın universitetlərində təhsil alan əcnəbi tələbələr də iştirak edirlər.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları onların bir neçəsindən bayram təəssüratlarını öyrənib.
Koreya Respublikasının vətəndaşı olan Li Jin hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə II kurs magistrantıdır. O bildirdi ki, dünyada yaşayan müxtəlif xalqların mədəniyyəti, adət-ənənələri, milli dəyərləri hər zaman xüsusi marağına səbəb olub: “Bir çox ölkələrdə olmuşam, bunlarla yaxından maraqlanmışam. Lakin heç bir yerdə Naxçıvanda olduğu kimi bayramlarda, xüsusilə də Novruz bayramında insanlarda olan ruh yüksəkliyi, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiramla rastlaşmamışam. Naxçıvanqalada keçirilən ümumxalq şənlikləri bunun ən gözəl nümunəsidir.

Bakalavr təhsili ilini də nəzərə alsaq, artıq 6 ildən çoxdur ki, Naxçıvanda yaşayıram. Burada olduğum müddətdə şən əhval-ruhiyyə ilə keçirilən bu bayramda rastlaşdığım adət-ənənələr, bir-birindən ləziz təamlar bu ölkənin nə qədər zəngin mədəniyyətə malik olduğunu sübut edir. Əvvəlki illərdə olduğu kimi, bu Novruz bayramını da naxçıvanlı dostlarımızla birlikdə qeyd edirik”.
Digər həmsöhbətimiz isə Nigeriya Respublikasının vətəndaşı, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Yusuf Abdullahidir. O deyib: “Bizim ölkədə bu bayram qeyd edilmədiyindən, sözün açığı, əvvəllər Novruzla bağlı təəssüratlarım çox az idi. Tələbə teatr studiyasında bayram tədbiri üçün hazırlanan səhnəciklərdə iştirakım zamanı zəngin bayram ənənələrini əks etdirən müxtəlif maraqlı adətlər, Keçəl, Kosa personajları, Novruz oyunları mənə olduqca maraqlı gəldi. Ümumi götürdükdə onu deyə bilərəm ki, bu diyar qədim tarixi, zəngin incəsənəti və mədəniyyəti, özünəməxsus adət-ənənələri ilə seçilir. İnsanların qonaqpərvərliyi, mehribanlığı və səmimiyyəti isə Naxçıvanı bizə daha çox sevdirir”.
Digər müsahibimiz Türkiyə vətəndaşı, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin müalicə işi ixtisası üzrə hazırlıq kursunun dinləyicisi İlayda Tabaru bayramla bağlı təəssüratlarını bizimlə bölüşüb. O deyib ki, bir neçə dəfə Novruz bayramını burada keçirib. Bu bayram Türkiyədə də qeyd olunur, lakin Naxçıvanda bayram ab-havası daha fərqli hiss olunur, xüsusilə kütləvi xarakter daşıyır. O, bayramla bağlı adət-ənənələri, bişirilən milli yeməkləri çox bəyəndiyini söyləyib. Eyni zamanda, bildirib ki, Novruzla bağlı bayram tədbirləri, el şənlikləri maraqlı keçir.
Həmin universitetin Stomatologiya ixtisası üzrə I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı Jahagir Nouran Rouhollah isə deyir ki, qədim el bayramı olan Novruz İranda da qeyd edilir. Lakin Azərbaycanda, eləcə də Naxçıvanda bu bayram daha böyük el şənlikləri ilə müşayiət olunur. Hər kəs bayrama xüsusi olaraq hazırlaşır. Adət-ənənələr lazımınca təbliğ olunur. Naxçıvanda bu bayramın geniş şəkildə, həm də yüksək səviyyədə keçirilməsinin nəticəsidir ki, İran İslam Respublikasından da hər il bu bayramı qeyd etmək üçün bura xeyli insan gəlir. “Bu il də belə oldu. Naxçıvanqalada keçirilən şənliklərdə onlarla iranlı iştirak etdi”, – deyə o bildirir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur
18.09.2019
Ağdamda keçirilən əmək yarmarkasında 51 nəfərə işə göndəriş verilib
18.09.2019
Muxtar respublikada istehlak bazarına ciddi nəzarət edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info