Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
Tarix: 20.03.2019 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının Bakıda keçirilməsi Azərbaycan üçün müsbət haldır, çünki OPEC dünya neft bazarında əsas oyunçudur. Bu barədə Trend-ə açıqlamasında ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.
A.Oxrimenko bildirib ki, Azərbaycan dövlətinin OPEC+ formatının hazırlanmasında təşəbbüsü və iştirakı ölkə üçün müsbət amildir:
"Hələ ki, OPEC dünya neft bazarında əsas oyunçudur və orada əsas rolu Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri oynayır. Lakin dünya dəyişir. Əgər əvvəllər ABŞ neftin əsas alıcısı idisə, indi dünyada enerji resurslarının əsas satıcısına çevrilir. Faktiki olaraq ABŞ OPEC ilə rəqabət aparır və istisna olunmur ki, gələcəkdə belə mürəkkəb şəraitdə OPEC-in dünya neft bazarında rolu azalacaq. Ona görə də mən hətta OPEC-in yenilənməsini istisna etməzdim".
Ekspert hesab edir ki, Azərbaycana yaranmış vəziyyətdə həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır.
Onun fikrincə, Azərbaycan həm OPEC-in, həm ABŞ-ın, həm də sərt rəqabətin olacağı yeni neft bazarında özünə yer tapmalıdır.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info