Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
Tarix: 20.03.2019 | Saat: 23:31:00 | E-mail | Çapa göndər



İlk növbədə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Sabah bizi maraqlı, gərgin oyun gözləyir. Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdır, ancaq biz də yaxşı məşq etmişik və məzmunlu futbol göstərməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri martın 20-də mətbuat konfransında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyaya gələn heyət üzvlərinin hamısının oynaya biləcək vəziyyətdə olduğunu bildirən baş məşqçi qeyd edib ki, hazırda 12-13 futbolçu arasından start heyəti müəyyənləşdirmək barədə düşünür: Evimdə oynayıram və ümid edirəm ki, ilk oyunum uğurlu alınacaq”.
Xorvatiyalı mütəxəssis deyib: “Oyunçuların məşqdəki motivasiyasından razıyam. Gözlədiyimdən də yaxşı səviyyədədirlər. Ancaq etiraf etməliyik ki, Xorvatiya yığmasının futbolçularının səviyyəsi tam fərqlidir. Rəqib haqda oyunçulara hər şey artıqlaması ilə çatdırılıb. Detallı şəkildə təhlil aparmışıq. Ancaq əsas bu deyil, oyunçuların meydanda nələri ortaya qoya biləcəkləridir. Hamımız bilirik ki, Xorvatiya favoritdir. Ancaq biz də istəyirik ki, onlara xoş olmayan sürpriz edək”.
Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu Zaqrebdəki “Maksimir” stadionunda martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək
26.04.2019
“Qalatasaray” Türkiyə kubokunun finalına yüksəlib
25.04.2019
Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir
25.04.2019
Formula 1-in iyunda keçirilməsi ilə bağlı danışıqlar aparılır
25.04.2019
Futbol üzrə Türkiyə Kubokunun ilk finalçısı məlum olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info