Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
Tarix: 21.03.2019 | Saat: 12:27:00 | E-mail | Çapa göndər



Meksikanın paytaxtının mərkəzində yerləşən, şəhər sakinləri və Mexikoya gələn çoxsaylı turistlər arasında şəhərin ən populyar Linkoln parkında ölkəmizin Meksikadakı səfirliyinin təşkilatçılığı və Mexiko Şəhəri Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin dəstəyi ilə Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü təntənəli şəkildə keçirilib.

Tədbirdə üç mindən artıq paytaxt sakini, turistlər, diplomatik korpus nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri, Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.
Tədbirin açılışında Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Novruz bayramının ölkəmizdə təntənəli və çox geniş şəkildə qeyd edildiyini bildirib. O, Novruz bayramının qarşılıqlı hörmət, qonaqpərvərlik, səmimiyyət, dostluq və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini bildirib. Müxtəlif mədəniyyət nümayəndələrinin ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulayıb. Bu gün ölkə rəhbərliyinin bu sahədə uğurla həyata keçirilmiş təşəbbüsləri nəticəsində Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini deyib.
Meksikada Azərbaycan mədəniyyətini təqdim edən bu kimi tədbirlərin artıq gözəl ənənəyə çevrildiyini sevindirici bir hal adlandıran diplomat belə tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmaq imkanı yaratdığını qeyd edib.
Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib.
Tədbirdə, həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillər sərgisi nümayiş etdirilib, materiallar paylanılıb, Azərbaycan milli musiqisi səsləndirilib.
“İpək Yolu” yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib, tədbirin qonaqları həmrəylik, dostluq və bərabərlik rəmzi olan milli “Yallı” rəqsimizi birlikdə oynayıblar. Həmçinin, qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.
Meksika paytaxt sakinləri tədbirə böyük maraq göstərib. Uşaqlar tərəfindən sevilən Novruz bayramının “Yumurta döyüşdürmə” ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılanıb.
Tədbirin sonunda Mexiko şəhəri Hökumətinin Linkoln Parkı yerləşən Miqel Hidalqo Bələdiyyəsi və parkın administrasiyası ölkəmizin mədəniyyəti ilə tanış olmaq üçün bu imkana görə Azərbaycan tərəfinə təşəkkür edib, bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinə ümidvar olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info