“Cananı sevərmən” adlı kitab özbək dilində
Tarix: 21.03.2019 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin “Cananı sevərmən” adlı kitab Daşkənddə Özbək dilində çap olunub.

2019-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycanla yanaşı xarici ölkələrdə də çoxsaylı tədbirlər, layihələr həyata keçirilir.
Orta Asiyanın zəngin mədəni və ədəbi ənənələrə malik Özbəkistanda Nəsimi yaradıcılığına böyük maraq var, hələ Sovet dövründə Nəsimi əsərləri qardaş ölkədə çap olunub.

Verilən məlumata görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qəzəlləri Özbək dilinə tərcümə olunmuş və Daşkənddə çapdan çıxmışdır.
“Cananı sevərmən” adlı kitab böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub. Qəzəlləri orjinaldan Özbək dilinə tanınmış Özbək alim, tərcüməçi Tahir Qaxxar çevirib.
Layihənin rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrə yazdığı “Ön söz”də Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlər yaratmış dahi Nəsiminin ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətlərini qeyd etmiş, Nəsimi yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. S.Abbasov Azərbaycan ədəbiyyatında həm də eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edildiyini qeyd edib, Nəsiminin əsərlərinin Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə də Orta Asiyada geniş şöhrət qazandığını yazıb.
Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Sona Vəliyevadır. “Cananı sevərmən” adlı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəsimi irsinə dair əlyazmaların surətləri, habelə Nəsiminin rubailəri əsasında tanınmış azərbaycanlı xəttat Qulamhüseyn Darabadinin hazırladığı miniaturların surətləri yer alıb.
Kitabın Daşkənddə və Bakıda Azərbaycan və Özbək alimlərinin iştirakı geniş təqdimat mərasiminin keçirilməsi, habelə Özbəkistan və Azərbaycanın aparıcı kitabxanalarına hədiyyə edilməsi planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info