Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib
Tarix: 21.03.2019 | Saat: 21:14:00 | E-mail | Çapa göndər



Ankaradakı “Buta Bakı” Azərbaycan Tanıtım Evində Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, qardaş ölkədə yaşayan azərbaycanlılar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar və “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin sədri Nurlan Yusifov iştirakçılara bayram təbriklərini çatdırıblar. Çıxışlarda Novruz bayramı günümüzə qədər gəlib çıxan gözəl ənənələrindən bəhs olunub.
Tədbirdə geniş bədii proqram təqdim edilib. Azərbaycan muğam qrupu və Ankara Qafqaz rəqs qrupunun ifaları xoş təəssüratlar yaşadıb.
“Buta Bakı” Evinin həyətində qalanan Novruz tonqalı iştirakçıların əhval-ruhiyyəsini daha da yüksəldib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək
18.09.2019
Bakıda “Qız qalası. Qadın olmaq” adlı sərgi açılıb
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info