‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
Tarix: 22.03.2019 | Saat: 09:07:00 | E-mail | Çapa göndər



ABŞ dövlət katibi Mayk Pompeo Körfəz böhranının bölgənin və dünyanın maraqlarına xidmət etmədiyini söyləyib.

ABŞ dövlət katibi Mayk Pompeo Körfəz böhranının bölgənin və dünyanın maraqlarına xidmət etmədiyini söyləyib.
Rəsmi görüşlәr keçirmәk üçün Küveytə sәfәr edәn Mayk Pompeo küveytli həmkarı Sabah Əl-Xalid əl-Hәmmad əs-Sabah ilə bir araya gəlib.
Yığıncaqdan sonra təşkil edilən mətbuat konfransında çıxış edәn Mayk Pompeo deyib: ‘‘Körfəz böhranı bölgənin və dünyanın maraqlarına xidmət etmir. Körfәz ölkәlәrinin qarşılaşdığı problemlәri aradan qaldırmaq üçün birgә sәy göstәrmәliyik``.
Mayk Pompeo Körfəz ölkələrini bir araya gətirən ortaq bir yol tapmaq üçün sәy göstәrdiklәrini bildirib.
ABŞ dövlәt katibi Küveyt әmiri Şeyx Sahah әl-Әhmәd әl-Cabir әs-Sabahın böhranı hәll etmәk üçün göstәrdiyi sәylәri yüksәk qiymәtlәndirdiklәrini deyib.

Bir çox beynәlxalq mәsәlәlәrdә Küveyt ilә koordinasiyalı şәkildә çalışdıqlarını ifadә edәn Mayk Pompeo deyib: ‘‘ABŞ-ın Orta Şәrq ilә bağlı siyasәtindә dәyişiklik yoxdur’’.
Küveytin Əl-Qaidə və digər terror təşkilatlarına qarşı mübarizədə mühüm tərəfdaş olduğunu qeyd edən Pompeo iki ölkә arasında ticari və mədəni sahələrdə əməkdaşlığa dair müqavilә imzalayacaqlarını deyib.
Küveyt xarici işlər naziri Sabah isә öz növbәsindә ABŞ ilə Küveyt arasındakı strateji əlaqələrə diqqət çəkib.
Kuveytdə sәfәrdә olan ABŞ dövlәt katibi Mayk Pompeo dünən Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl Sabah ilə dә görüşüb.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info