Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
Tarix: 22.03.2019 | Saat: 11:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Pakistanın müdafiə naziri Pervez Xattaq arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, P.Xattaq ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.
Z.Həsənov vurğulayıb ki, Azərbaycanla Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd edərək bunun xalqlarımızın iradəsindən qaynaqlanan tərəfdaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, həmçinin maraq doğuran bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb
25.04.2019
Zərərli ideya daşıyıcıları
25.04.2019
Naro-fominsk Azərbaycanlıları Cəmiyyəti qondarma erməni soyqırımı haqqında bəyanat yayıb
25.04.2019
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25.04.2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info