Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
Tarix: 23.03.2019 | Saat: 12:10:00 | E-mail | Çapa göndər



Koroğlu türksoylu xalqları birləşdirən, haqqında iftixarla danışdığımız ortaq bir el qəhrəmanıdır. Türkiyənin Bolu şəhərində ucaldılan möhtəşəm abidənin müəllifi olmaq mənim üçün tarixi bir şansdır. Layihəmin reallaşması mənim üçün sevindirici və qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın tanınmış heykəltəraşı, Boluda ucaldılan Koroğlu abidəsinin müəllifi Murad Mansurov söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə həyata keçirilən layihəni tarixi əhəmiyyətli iş kimi dəyərləndirən heykəltəraş TÜRKSOY rəhbərliyinə və münsiflər heyətinə səmimi minnətdarlığını ifadə edib. Azərbaycanda Koroğluya olan el məhəbbətini milli dəyərlərimizə göstərilən xoş münasibətin daha bir nümunəsi kimi dəyərləndirən heykəltəraşı Murad Mansurov deyib: “Koroğlu digər türkdilli ölkələrdə olduğu kimi, Azərbaycanda da sevilir və rəğbətlə xatırlanır. Əminəm ki, Boluda ucaldılan Koroğlu abidəsini seyr edən hər kəs, o cümlədən öz qəhrəmanının əzəmətini görən hər bir azərbaycanlı bu nəhəng heykəli bəyənəcək və qürur duyacaq.”




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info