Rusiyalı gənclər BSU-da
Tarix: 25.07.2013 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın bir qrup dövlət qulluqçusu, Uşaq və Gənclər Təşkilatlarının Milli Şurasının idarə heyətinin üzvləri, Gənclərin İctimai Palatasının üzvləri və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Bakı Slavyan Universitetinin qonağı olub.
Qonaqlar universitetlə tanışlıq çərçivəsində universitet muzeyi, BSU-da fəaliyyət göstərən Rusiya, Ukrayna, Polşa, Çexiya, Yunanıstan, Türkiyə, Bolqarıstan və Belarusun tədris-mədəniyyət mərkəzləri, müasir standartlarla yenidən qurulmuş kitabxana, zəngin texniki avadanlıqla təchiz edilmiş Linqafon zalları, elmi-tədqiqat laboratoriyaları, Akt zalı və “Heydər Əliyev məktəbi” Tələbə Teleradio Studiyası ilə tanış olublar.
Rusiyalı qonaqlar konfrans zalında müəllim və tələbə heyəti ilə görüşüblər. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor A.Hacıyev qonaqları BSU-nun rektoru adından salamladıqdan sonra BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və mədəni həyatı, Tələbə Gənclər Təşkilatı və Kölgə Kabinetinin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, millət vəkili professor S.Ə.Qafarova, tərbiyə işləri üzrə prorektor dosent O.Ə.Səmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri A.G.Bayramova BSU-nun beynəlxalq layihələrindən, universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən, zəngin tələbə həyatından bəhs edərək bildiriblər ki, bu gün BSU Rusiyanın bir sıra nüfuzlu universitetləri ilə sıx əlaqələr qurub və bu əlaqələri sürətlə inkişaf etdirməkdədir. Qonaqlar səmimi münasibətə və BSU-nun Azərbaycanda rus dilinin tədrisi ənənəsinə sadiq qaldığına, slavyan dillərinə qayğı ilə yanaşdığına görə universitet kollektivinə dərin təşəkkürlərini bildirib və BSU tələbələri ilə fikir mübadiləsi aparıblar. Görüşdə yeni tədris ilində bir sıra gənclər təşkilatlarının BSU-nun Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıq memorandumu imzalaması qərara alınıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info