Rusiya təbii qazın qiymətini artırmaqla Ermənistanda ciddi sosial narazılıq yaradıb
Tarix: 25.07.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Moskva adi bir jestlə Ermənistana başa saldı ki, İrəvan istəsə belə, müstəqil siyasət həyata keçirə bilməz

“Aykakan Jamanak”: “Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətə düşüb və xalq narazılığının qarşılığında küncə sıxılmış vəziyyətdədir”

Ermənistan paytaxtında ictimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşması ciddi ictimai narazılıq yaradıb. Kriminal-oliqarxlardan ibarət hakimiyyət dəstəsində başçılıq edən Sərkisyan rejimi nəqliyyatda qiyməti artırarkən İrəvan sakinlərindən bu qədər narızılıq gözləmirmiş. Paytaxt sakinlərinin etirazları qarşısında hökumətin ortaya qoyduğu mövqe də bunu təsdiqləyir.
İqtisadi çətinliklərdən bezən ac-yalavac xalq kütləsi birdən-birə ictimai nəqliyyatda gediş haqlarının 50 faiz artırılmasına dözüm göstərə bilmir. Bu qiymət artımı onsuz da ağır vəziyyətdə yaşayan aztəminatlı əhalinin dolanışığına ciddi zərbədir. «Aykakan Jamanak» nəşri yazır ki, Ermənistan hakimiyyəti çıxılmaz vəziyyətə düşüb və xalq narazılığının qarşılığında küncə sıxılmış vəziyyətdədir. Qəzet yazır ki, İrəvan sakinlərinin etirazı o qədər sürətlə yayılır ki, hakimiyyət nə edəcəyini bilmir. Ona görə də hakimiyyət gediş haqlarını əvvəlki vəziyyətinə qaytarmaq üçün bəhanə axtarır: «Hazırda hakimiyyət dairələrində qiyməti əvvəlki vəziyyətinə qaytarmaq üçün ciddi müzakirələr gedir. İctimaiyyətin narazılığı o qədər güclüdür ki, şəhər rəhbərliyi və ümumilikdə hökumət psixoloji cəhətdən məğlub olduqlarını qəbul ediblər və gediş haqqına yenidən baxmağa hazırdırlar. Amma bu məsələyə mane olan yeganə amil Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmasıdır. Kreml İrəvana satdığın təbii qazın min kubmetrinin qiymətini 180 dollardan 270 dollari yüksəldib. Ermənistanın baş naziri Tiqran Sərkisyan bildirib ki, hökumət bahalaşmanın 30 faizini subsidiyalaşdıracaq. Bundan sonra qazın qiyməti 189 dollara başa gələcək. Subsidiyalaşma Ermənistana bir il üçün 150 milyon dollara başa gələcək. Hökumət bu məbləği də Rusiyadan almağı planlaşdırır. Rusiya ilə hansı razılığın əldə olunduğu hələ bəlli deyil. O da bəlli deyil ki, Rusiya nəyin qarşılığı olaraq satdığın qazın qiymətinin artımına görə yaranan fərqi subsidiyalaşdırır. Rusiyadan alınan qazın qiyməti və subsidiyalaşma ilə bağlı veriləcək maliyyə vəsaiti ilə bağlı məsələ hələlik qeyri-müəyyən olduğundan hökumət qiymət artımında geri addım atmağa tərəddüd edir. Əgər Rusiya nəzərdə tutulan subsidiyalaşma üçün lazım olan məbləği ödəməsə, onda qazın qiyməti 270 dollara başa gələcək. Bu halda nəqliyyatda qiymət artımını əsaslandırmaq hökumət üçün asan olacaq». Göründüyü kimi Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. Bu asılılığın səviyyəsi o qədər güclüdür ki, Moskvada verilən qərar Ermənistanda hər şeyi alt-üst edə bilir. Kremlin Ermənistana təsir üçün kifayət qədər güclü resursları var. İqtisadi-siyasi cəhətdən Moskvadan tam asılı vəziyyətdə olan Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Son vaxtlar Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması yönündə müəyyən addımların atılması, təbii ki, Moskvada xoş qarşılanmır. Avropa İttifaqının nümayəndələrinin İrəvanı tez-tez ziyarət etməsi, «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində sazişin imzalanması istiqamətində danışıqların aparılması Kremli qıcıqlandırır. Amma Moskva adi bir jestlə Ermənistana başa salır ki, İrəvan istəsə belə, müstəqil siyasət həyata keçirə bilməz. Çünki Moskva istənilən an Ermənistanın «nəfəs borusu»nu kəsə bilər. Elə təkcə təbii qazın qiymətinin artırılması ilə bağlı məsələnin ortaya atılması kifayət etdi ki, Ermənistanda ciddi sosial narazılıqlar yaransın. İndi Ermənistan qazın qiymət artımına görə yaranan fərqi ödəmək üçün yollar axtarır. Əhaliyə yük düşməməsi üçün subsidiya veriləcəyi ilə bağlı məsələnin ortaya atılması ictimai narazılığın qarşısını almağa hesablanmış addımdır. Çünki bu subsidiya üçün büdcədən ildə 150 milyon dollar ayırmağa Ermənistanın imkanı yoxdur. Deməli, bu vəsaiti də Rusiyadan almaq lazımdır. Hökumət çaş-baş qalaraq isterik vəziyyətdə İrəvanın ictimai nəqliyyatında gediş haqlarını 50 faiz artırdı. Bu qərar isə Ermənistan cəmiyyətində ciddi narazılıq yaradıb və ölkə artıq sosial partlayış ərəfəsindədir. Bu fakt təsdiqləyir ki, Ermənistan istəsə belə, müstəqil ola, Rusiyanın oriyentasiyasından çıxa bilməz. Rusiya təkcə təbii qazın qiymətini artırmaqla Ermənistanı dalana dirəyə bildiyini Sərkisyanın diqqətinə çatdırdı. Qeyd edək ki, İrəvanda gediş haqlarının artırılmasına etiraz aksiyaları səngimək bilmədən davam edir. Şəhərin müxtəlif hissələrinə toplaşan paytaxt sakinləri qərara etiraz edirlər. Dünən narazıların ən böyük kütləsi İrəvandakı Hökumət evinin qarşısına toplaşıb. Paytaxt sakinləri hökumətin qiymət artımına narazılıqlarını bildiriblər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info