Sümük vərəmi
Tarix: 24.03.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər



Vərəm “Mycobacterium tuberculosis”, yəni vərəm bakteriyalarının əmələ gətirdiyi bir xəstəlikdir və daha çox hava-damcı yolu ilə yayılır.
Sümük vərəmi bu xəstəliyin ağciyər vərəmindən sonra ən təhlükəli növü olub, həmin bakteriyanın sümüyə keçməsi nəticəsində yaranır. Ən çox onurğada müşahidə edilir. Onurğa sütünunun vərəminin xüsusi adı Pott xəstəliyidir. Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün pasiyentlər vərəm üçün testlərdən keçməli və həmin bölgədən alınan toxumalar biopsiya edilməlidir.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının uzman ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib.
Mütəxəssis bildirib ki, sümük vərəminin ən çox ikincili formasına rast gəlinir. Yəni əvvəllər ağciyərdə vərəm olub və sonradan qan və ya limfa yolu ilə infeksiya sümüyə keçib. Amma nadir hallarda sümük vərəmi birincili də ola bilər. O zaman xəstəlik sümüyün özündə yaranır: “Xəstənin onurğasında ağrılar olur, gecə tərləmələri subfebril qızdırma müşahidə edilir, normal müalicələr nəticə vermir. Simptomlar qarışıq olduğu üçün xəstəliyin diaqnozunu qoymaq çətindir. Müayinə və testlər nəticəsində dəqiq diaqnoz qoyulduqdan sonra xəstəliyə uyğun xüsusi müalicə aparılır. Xəstəlik kişi və qadınlar arasında təxminən eyni hallarda rast gəlinir. Lakin sosial-ekonomik və yaşayış şəraitindən asılı olaraq daha çox kişilər bu xəstəlikdən əziyyət çəkirlər. Sümük vərəmi adətən 40 yaşdan sonra qeydə alınır. Xəstələrin yaşayış mühitinə görə infeksiyanın yayılma sıxlığı artır. Sümük vərəmində də adi vərəmdəki kimi uzunmüddətli, yəni 6-18 ay müddətində müalicəyə ehtiyac var. Müalicə nəticələri müsbətdir”.




 
Bölməyə aid digər xəbərlər
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi
06.10.2019
Bəşəriyyəti yeni epidemiya gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info