Misirin müdafiə naziri əhalini küçə aksiyalarına çağırdı
Tarix: 25.07.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


ABŞ yardım paketi çərçivəsində Misirə veriləcək 4 ədəd F-16 döyüş təyyarəsini bu ölkəyə göndərməkdən imtina edib. 2010-cu ildə imzalanmış 1.5 milyard dollarlıq yardım paketi çərçivəsində Misirə 20 ədəd döyüş təyyarəsinin göndərilməsi planlaşdırılmışdı.
Birinci mərhələdə 8 döyüş təyyarəsi cari ilin yanvar ayında Misirə göndərilib. Təyyarələrin növbəti partiyasının Misirə göndərilməməsi bu ölkədə yaşanan qarşıdurmalarla əlaqələndirilir. Ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır. Misir prokurorluğu «Müsəlman qardaşlar»ın lideri Məhəmməd Badia və hərəkatın daha 8 yüksək vəzifəli üzvünün həbsi barədə order verib. İslamçılar iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Badia bundan əvvəl iyulun 3-də saxlanılmış, lakin sorğu-sual edildikdən sonra azad edilmişdi. İyulun 14-də isə prokurorluq «Müsəlman qardaşlar»ın 9 yüksək vəzifəli üzvünün aktivlərini dondurmuşdu. Misirin müdafiə naziri, baş nazirin birinci müavini Əbdül-Fəttah əl-Sisi ölkə vətəndaşlarını iyulun 26-da «terrorçuluğa qarşı etiraz etmək» üçün küçələrə çıxmağa səsləyib. Onun sözlərinə görə, ordu və polis «terrorçuluq və zorakılığa qarşı» geniş xalq kütlələrinin dəstəyinə ehtiyac duyur. General eyni zamanda zorakılığın istənilən formasına qarşı çıxdığını və xalqın birliyinə nail olmaq istədiyini vurğulayıb. Nazir həmçinin keçmiş prezident Məhəmməd Mursini bütün misirlilərin prezidenti olmağa çağırdığını, lakin çağırışlarının eşidilmədiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info